Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Azərbaycan və Makedoniya gəncləri arasında əlaqələr inkişaf edir
- Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir
- Prezident İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib
- Gənclərin əməkdaşlığı Azərbaycanla Makedoniya arasında körpü yaradır
- 2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
- Tələbə qəbulu prosesi yekunlaşır
- Azərbaycan hökumətinin atdığı addımlar yüksək qiymətləndirilib
- Ərdoğandan aravuranlara sərt cavab
Dağlıq Qarabağ problemi NATO Parlament Assambleyasının (NATO PA) payız sessiyasında müzakirə olunacaq.
Bu barədə AzərTAc-a Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Siyavuş Novruzov məlumat verib.
S.Novruzov bildirib ki, NATO Parlament Assambleyasının Riqada keçirilmiş yaz sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin üzvlərinin qurumun rəhbərliyi ilə görüşü olub. Görüşdə diqqətə çatdırılıb ki, digər nüfuzlu beynəlxalq qurumlarda Dağlıq Qarabağ məsələsi müzakirə edilir. Bu mənada NATO PA-nın sessiyalarının birində də belə müzakirələrin aparılması məqsədəuyğundur.
Nümayəndə heyətinin üzvü deyib: “Görüşün nəticəsi olaraq qurumun rəhbərliyi Dağlıq Qarabağ probleminin müzakirəsinin NATO PA-nın payız sessiyasının gündəliyinə daxil edilməsi ilə bağlı tapşırıq verib. Artıq məsələ ilə əlaqədar məruzəçilər təyin olunub və müvafiq komitədə hazırlıq işləri gedir”.
YAP İcra katibi müavininin sözlərinə görə, NATO daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Qurumun 50 illiyinə həsr olunmuş kitabda da verilən xəritədə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi qeyd olunub və onun mərkəzi Xankəndi adı ilə göstərilib.
Nümayəndə heyətinin üzvü Ermənistanın məsələyə etiraz etməsinə münasibət bildirərək qeyd edib ki, işğalçı dövlətin bu cəhdləri nəticəsiz qalacaq. Çünki NATO PA-nın rəhbərliyi onların müraciətini qəbul etməyib.
S.Novruzov vurğulayıb ki, NATO nüfuzlu hərbi-siyasi təşkilatdır və qurumun Azərbaycanla sıx əməkdaşlığı mövcuddur. Belə bir nüfuzlu təşkilat Ermənistan tərəfinin müxtəlif bəhanələrlə Dağlıq Qarabağ probleminin müzakirəsinin təxirə salınması cəhdlərinin qarşısını alacaq.