Müxalifət mətbuatında yazılan fikirlər həqiqəti əks etdirmir

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Siyavuş Novruzov: Namizədlərin siyahısını vaxtı çatanda elan edəcəyik
“Müxalifət mətbuatında Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkiləri ilə bağlı namizədlərinin müəyyənləşdirilməsi haqqında yazılan fikirlər qətiyyən həqiqəti əks etdirmir”. Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, YAP namizədlərin müəyyənləşdirilməsində bir sıra amilləri əsas götürür. İlk növbədə, partiya hər bir dairədən özünün namizədini irəli sürəcək.
Bununla bağlı kifayət qədər tədqiqat işinin aparıldığını deyən YAP İcra katibinin müavini tədqiqat işinin yekunlaşmaq üzrə olduğunu vurğulayıb.
Onun sözlərinə görə, hazırda müxalifət tərəfi seçkilərlə bağlı ümumi bəyanatlar verir.
“Biz onların hansı seçki dairələrindən kimin namizəd irəli sürməsini izləyirik və onlara qarşı alternativ namizədimizi irəli sürəcəyik. Namizədlərin siyahısını isə vaxtı çatanda elan edəcəyik” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
S.Novruzovun fikrincə, müxalifət partiyaları birləşsə də, 125 dairənin hamısına namizəd tapa bilməyəcəklər.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009