Mehman Əliyev “Yeni Azərbaycan” qəzetinin baş redaktoruna yeni bir məktub göndərib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğluna yeni məktub göndərib. Məktubda “Yeni Azərbaycan” qəzetinin 20.08.2010-cu il tarixli sayında baş redaktorun “Turan” İnformasiya Agentliyinin direktoruna yazdığı açıq məktubla əlaqədar Mehman Əliyevin fikirləri öz əksini tapıb.
Ümumilikdə, Mehman Əliyev Hikmət Babaoğlunun mövqeyinə hörmətlə yanaşdığını bildirir. Eyni zamanda, Mehman Əliyev onun prinsiplərinin məhz Azərbaycanda azad mətbuatın inkişaf etməsi, söz azadlığının təmin olunması və Azərbaycan media məkanında olan maddi-iqtisadi, mənəvi-etik və digər problemlərin həll edilməsindən ibarət olduğunu qeyd edir.
Bütövlükdə məktubda Azərbaycan müstəqil mətbuatının inkişafının ayrı-ayrı mərhələlərində Mehman Əliyevin şəxsi fəaliyyəti ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilir və bir qədər avtobioqrafik xarakter daşıyır.
Məktubda, eyni zamanda, “Soros” fondu və digər beynəlxalq təşkilatlar tərəfindən “Turan” İnformasiya Agentliyinə ayrılmış qrantlarla bağlı məlumatlara Mehman Əliyevin mövqeyi bildirilir və bunların bir qisminin doğru olmadığı qeyd edilir.
Məktubda yazılanları səciyyələndirərkən, yuxarıda qeyd etdiyimiz faktorları (məktubun daha çox avtobioqrafik xarakter daşıdığı, mətbuatın ümumi problemlərini əks etdirdiyini və s.) nəzərə alaraq məktubun tam mətnini dərc etmirik.
İnformasiya şöbəsi

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009