Parlament seçkilərində qanun pozuntularına qarşı sərt mövqe nümayiş etdirəcəyik

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
“Azərbaycanda artıq seçki mədəniyyəti formalaşıb. Son bələdiyyə seçkilərində Azərbaycan demokratiya yolunda növbəti addımlar atdığını nümayiş etdirib”.
APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasında DSK sədrləri üçün ixtisaslaşdırılmış kursların başlaması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının ərazi-idarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib. Onun sözlərinə görə, 2009-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı bəzi pozuntular da olub və bunlar ölkə rəhbərliyi tərəfindən prinsipial olaraq qiymətləndirilib: “Bu pozuntuya yol verilən icra strukturları cəzalandırılıb, o cümlədən Naftalan rayonunun icra başçısı vəzifəsindən azad edilib, bir sıra nəticələr ləğv olunub. Növbəti parlament seçkisində bu mövqe daha da sərtləşəcək. Biz əldə olunan təcrübəni daha da təkmilləşdirməliyik”. Z.Nağdəliyev 2009-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı təxribatların olduğunu, əvvəlki müvafiq seçkidən fərqli olaraq bu dəfə həmin təxribatların hamısının qarşısının alındığını vurğulayıb.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009