Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda şəkərli diabetli uşaqlar üçün növbəti psixo-sosial reabilitasiya yay məktəbi təşkil olunub

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Heydər Əliyev Fondunun dəstəyi ilə artıq ikinci ildir ki, Azərbaycanda şəkərli diabetli uşaqlar üçün analoqu olmayan psixo-sosial reabilitasiya yay məktəbi təşkil olunur. Fonddan AzərTAc-a bildiriblər ki, bu məqsədlə Gəncə şəhərində 15 gün fəaliyyət göstərəcək yay düşərgəsi valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də məcburi köçkün və qaçqın, tərkibində 2-3 nəfər şəkərli diabet olan ailələrdən seçilmiş 30 şəkərli diabetli uşaq üçün nəzərdə tutulur. Yay məktəbinin əsas məqsədi gələcəkdə özləri kimi digər uşaqlara ilkin tibbi və psixoloji dəstək verə biləcək gənc liderlərin hazırlanmasıdır.
Dünəndən başlayan proqrama maraqlı istirahətin təşkili ilə yanaşı, uşaqların psixo-sosial reabilitasiyasını təmin etməyə, yeniyetmələrdə özünəinam, özünümüdafiə, özünütəsdiq xüsusiyyətlərini inkişaf etdirməyə, öz həyatında və ətrafda baş verən hadisələrə tolerant münasibət bəsləmə üsullarını formalaşdırmağa xidmət edən məşğələlərin keçirilməsi daxildir. Bu məqsədlə endokrinoloq, psixoloq və digər mütəxəssislərdən ibarət  işçi qrupu fərdi məsləhət və psixoterapiyadan istifadə edərək, uşaqlara müvafiq vərdişlərin aşılanmasını təmin edən davamlı treninqlər keçirəcək.
İstirahət günlərində uşaqlar Gəncə şəhərinin tarixi-görməli yerləri ilə tanış olacaq, ingilis dili kurslarında iştirak edəcək, müxtəlif mövzularda inşa yazılar hazırlayacaq, müsabiqə, intellektual oyun və idman yarışlarında bilik və bacarıqlarını sınayacaqlar.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009