YAP deputatlığa namizədlərinin siyahısını seçki kampaniyasına rəsmi start veriləndə açıqlayacaq

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 1 səs)
Məlumatın oxunma imkanı:
Yeni Azərbaycan Partiyası (YAP) deputatlığa namizədlərini seçki kampaniyasına rəsmi start veriləndə açıqlayacaq. APA-nın məlumatına görə, bunu YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib.
Ə.Əhmədov deyib ki, namizədlərin müəyyənləşdirilməsində müxtəlif kriteriyalar, o cümlədən seçilmək şansı da nəzərə alınır: “YAP namizədlərinin müəyyənləşdirilməsinə həmişə diqqət göstərib. İstənilən dairədən uğurlu və seçicilərin səsini qazanan namizədlər həmişə diqqətimizdə olub”.
Ə.Əhmədov YAP-ın siyahısında gəncləşmənin aparılacağını da istisna etməyib: “YAP-ın sıraları son illər genişlənib, partiyanın sıralarında özünün fəallığı ilə seçilən ziyalılar meydana gəlib. Bütün bunlar YAP-ın siyahısı müəyyənləşdirilərkən nəzərə alınacaq”.
YAP rəsmisi bildirib ki, partiya gənclərə və qadınlara münasibətini 2009-cu ilin bələdiyyə seçkilərində ortaya qoyub: “İstənilən halda bu və ya digər namizədin parlamentdə təmsil olunması üçün seçicilərin ona səs verməsi lazımdır. Gənc və ya qadın olması onun seçki zamanı konkret dairədə uğur qazanacağını deməyə əsas vermir”.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009