Əli Həsənov: Azərbaycan hökuməti parlament seçkilərində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Azərbaycan hökuməti parlament seçkilərində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır. Bunu jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə.Həsənov deyib ki, Azərbaycan hakimiyyəti seçki prosesində namizədlərə bərabər şərait yaradılması, KİV-lərdə seçki təbliğatına maksimum yer verilməsi, o cümlədən İctimai Televiziyada Seçki Məcəlləsinə müvafiq olaraq göstərilən vaxtdan daha səmərəli istifadə olunması, özəl televiziyalarda namizədlərə ödənişli əsaslarla vaxt ayrılması və azad seçki yarışı mühitinin formalaşmasına hazırdır. Azərbaycan hakimiyyəti Seçki Məcəlləsində və Mərkəzi Seçki Komissiyasının təlimatında nəzərdə tutulmuş seçki təbliğatı, təşviqatı, seçicilərlə görüş, namizədlərarası yarışın təşkil olunması və digər məsələlərlə bağlı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək.
Prezident Administrasiyasının şöbə müdiri builki seçkilərdə bütün namizədlərə bərabər şəraitin yaradılacağına əmin olduğunu deyib. Bildirib ki, bu dəfə də ölkədə azad, demokratik seçkilər keçiriləcək. Seçicilər kimə səs verəcəklərsə, o da gələcək parlamentdə xalqı təmsil edəcək.
Ə.Həsənov bildirib ki, ATƏT-in Azərbaycanın seçki qanunvericiliyinə və təcrübəsinə uyğun gələn, demokratik seçkinin keçirilməsinə xidmət etən tövsiyələri nəzərə alınacaq.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009