Məzahir Pənahov: Seçkilərlə maraqlanan beynəlxalq qurumların mütərəqqi, konstruktiv fikirləri təqdir olunur

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
“ATƏT-in Bakı ofisi də daxil olmaqla seçkilərlə maraqlanan digər beynəlxalq qurumların fəaliyyəti Mərkəzi Seçki Komissiyası tərəfindən həmişə izlənilir. Onların hamısının mütərəqqi, konstruktiv fikirləri təqdir olunur. Hərdən ola bilər ki, onların müəyyən hərəkətləri, addımları bizi qane etmir”.
APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Bakı ofisinin parlament seçkiləri ilə bağlı avqustun 26-da açıqladığı tövsiyələrə münasibət bildirərkən deyib.
“Ancaq buna baxmayaraq, mən həmişə MSK adından bu qurumlara minnətdarlığımı bildirirəm. ATƏT-in Bakı ofisi Azərbaycanda keçirilən son bir neçə seçkidə kifayət qədər fəallıq göstərib”.
Qeyd edək ki, ATƏT-in Bakı ofisi avqustun 24-də Bakıda keçirilən dəyirmi masada səslənən təklifləri ümumiləşdirərək qarşıdan gələn parlament seçkilərinin işıqlandırılmasına dair tövsiyələr hazırlayıb. Həmin tövsiyələr avqustun 26-də açıqlanıb.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009