Azərbaycanın özəl telekanallarında bağlanmış müqavilələr vasitəsilə efir vaxtı verilə bilər

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Siyavuş Novruzov: Dünyanın heç bir yerində - istər ABŞ-da, istərsə də Avropa ölkələrinin dövlət telekanallarında seçki təbliğatı aparılmır
“Dünyanın heç bir yerində - istər ABŞ-da, istərsə də Avropa ölkələrinin dövlət telekanallarında seçki təbliğatı aparılmır. Azərbaycanda bir dövlət televiziyası var, burada da dövlətin keçirdiyi tədbirlər və cəmiyyətdəki hadisələr verilir”, - Trend-in məlumatına görə, bunu jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzov deyib ki, Azərbaycanın İctimai Televiziyasında namizədlərə Seçki Məcəlləsinə uyğun pullu və pulsuz efir vaxtı ayrılır və bərabər şərait yaradılır. “Azərbaycanın özəl telekanallarında isə bağlanmış müqavilələr vasitəsilə efir vaxtı verilə bilər. Dünyanın heç bir yerində ödənişsiz seçki kampaniyasının aparılma mexanizmi yoxdur”, - YAP rəsmisi deyib.
Telekanallarda daha çox siyasi verilişlərin verilməsi məsələsinə gəlincə, S.Novruzovun münasibəti birmənalı olub: “Dünya telekanallarında efir vaxtına daha çox sosial verilişlər və reklamlara yer ayrılır. Dünyada bu cür proseslər getdiyi halda, Azərbaycanda sosial yox, siyasi reklamların çoxaldılmasına nə ehtiyac var?”.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009