Münaqişələrlə bağlı məsələlər hər zaman ATƏT-in toplantılarında qaldırılır

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Bahar Muradova: Azərbaycan Rusiya ilə Ermənistan arasında hərbi sazişin imzalanması məsələsini ATƏT Parlament Assambleyasında qaldıracaq
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daim ATƏT-in Parlament Assambleyasının (PA) gündəliyindədir”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. B.Muradova bildirib ki, qurumun sessiyalarında ATƏT məkanında olan bütün münaqişələr gündəlikdə olur.
“Münaqişələrlə bağlı məsələlər hər zaman ATƏT-in toplantılarında qaldırılır. Təşkilatın payız sessiyasında da belə olacaq. Belə ki, Daimi Komitənin iclasında ən azı məruzəçilər, xüsusi nümayəndələr bu barədə hesabat verəcəklər və problemlərin həlli istiqamətində atılan addımlar, o cümlədən Minsk qrupunun fəaliyyəti haqqında məlumatlar veriləcək. Bu hesabatların müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti olaraq mövqeyimizi bildiririk”, - deyə vitse-spiker qeyd edib.
B.Muradovanın sözlərinə görə, qurumun payız sessiyası zamanı yeni Rusiya-Ermənistan hərbi sazişi, bu müqaviləyə əsasən işğalçı dövlətin silahlandırılması məsələsi ATƏT rəhbərliyinin diqqətinə çatdırılacaq: “Qafqazda rus ordusunun sayının və təsir imkanlarının genişləndiyi şəraitdə Dağlıq Qarabağ probleminin həllinin uzanacağı ilə bağlı verilən ciddi proqnozlar və bu proqnozun doğurduğu narahatlıqlar barədə fikrimizi bildirəcəyik”.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009