Azərbaycanda səfərdə olan gürcüstanlı yeniyetmələr Heydər Əliyev Fondunu ziyarət ediblər

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun birgə təşəbbüsü ilə mədəni proqram çərçivəsində hər iki ölkənin valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən yeniyetmələrin qarşılıqlı səfərləri həyata keçirilir.
Dünən Gürcüstandan Azərbaycana gələn 20 nəfərlik nümayəndə heyəti Heydər Əliyev Fondunda olub.
Qonaqlara Azərbaycan xalqının Ümummilli liderinin xatirəsinə yaradılmış Fond haqqında məlumat verilib. Yeniyetmələr buradakı zəngin ekspozisiya ilə yaxından tanış olublar.
Bildirilib ki, ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu böyük şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulub.
Ulu öndərin şəxsi arxivindən götürülmüş və Onun uşaqlıq, gənclik, tələbəlik illərini, dövlətçilik fəaliyyətinin ayrı-ayrı mərhələlərini əks etdirən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarından söhbət açan və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin Ona bəxş etdikləri hədiyyələr, bu dahi şəxsiyyət haqqında yazılmış kitablar, Onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurub.
Gürcüstanlı yeniyetmələr səfər çərçivəsində Azərbaycanın təbiəti və regionlarının həyatı ilə daha yaxından tanış olacaq, tarixi yerlərə səyahət edəcəklər.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009