Professor Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçi ilə görüşüb

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevi Azərbaycana rəsmi səfərində müşayiət edən nümayəndə heyətinin tərkibində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Viktor Sadovniçi də Bakıya gəlib.
Viktor Sadovniçi dünən MDU-nun Bakı filialında olub, bu ali məktəbin rektoru, professor Nərgiz Paşayeva ilə görüşüb.
Professor N.Paşayeva filialın fəaliyyətindən danışıb, tələbələrin sayının artıq 263 nəfərə çatdığını qeyd edib və fəaliyyətində MDU-nun dəstəyini həmişə hiss etdiyini bildirib. Bakı filialının rektoru belə görüşlərin vacibliyini xüsusi qeyd edib.
Universitetlə filial arasında əməkdaşlığın perspektivlərindən danışan akademik Viktor Sadovniçi Bakı filialının tələbələri üçün “XXI əsrin universiteti” adlı kitablar gətirdiyini, sentyabrın 1-də bu kitabdan MDU-nun bütün birinci kurs tələbələrinin də aldığını  bildirib.
Görüşdə Nərgiz Paşayeva fərqlənən tələbələr üçün xüsusi təqaüdün təsis edilməsini və onun “Lomonosov təqaüdü” adlandırılmasını təklif edib.
MDU-nun  Bakı filialının fəaliyyətini yüksək qiymətləndirən V.Sadovniçi burada həm təhsilin, həm də təşkilati məsələlərin ən müasir səviyyədə qurulduğunu vurğulayıb.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009