Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir
- Prezident İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib
- Azərbaycan və Makedoniya gəncləri arasında əlaqələr inkişaf edir
- 2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
- Tələbə qəbulu prosesi yekunlaşır
- Gənclərin əməkdaşlığı Azərbaycanla Makedoniya arasında körpü yaradır
- Azərbaycan hökumətinin atdığı addımlar yüksək qiymətləndirilib
- Ərdoğandan aravuranlara sərt cavab
AzərTAc-ın xəbər verdiyi kimi, Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Rusiyanın Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası əsaslı təmirdən sonra sentyabrın 1-də şagirdlərin istifadəsinə verilib. Rusiya Federasiyasının nüfuzlu “Nezavisimaya qazeta” nəşrinin 2 sentyabr tarixli nömrəsində bu əlamətdar hadisə ilə əlaqədar məqalə dərc edilib. AzərTAc həmin məqaləni təqdim edir.
Heydər Əliyev Fondu Ulyanovska, həqiqətən, misilsiz hədiyyə bəxş edib. Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov “məktəb layihəsi”ni Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlığın bir hissəsi və məntiqi davamı adlandırıb. Məktəb Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri ərəfəsində açılıb.
Yeniləşmiş 78 nömrəli məktəb sentyabrın 1-də qapılarını şagirdlərin üzünə açıb. Binanın dam örtüyü və fasadı tamamilə dəyişdirilib, köhnə, çatlamış pəncərə çərçivələri plastik çərçivələrlə əvəz edilib, işıqlandırma sistemi dəyişilib, məktəbin həyəti abadlaşdırılıb.
Bizim rasional dövrdə belə möcüzələr, tez-tez olmasa da, baş verir. Ancaq bu möcüzələr yalnız xoş mərama və böyüməkdə olan nəslin sanballı və dərin biliklər əldə etməsi, bəşəriyyətin mədəni irsinin bir hissəsinə çevrilməsi arzusuna əsaslanır. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Ulyanovskdakı 78 nömrəli məktəbin təmir olunması ilə bağlı təklifi də bu istək və qayğıdan qaynaqlanıb.
Mehriban xanım Əliyevanın nüfuzlu beynəlxalq forumlarda məzmunlu çıxışlarını bircə dəfə dinləyən hər kəs onun mədəniyyətinin, intellektinin, geniş dünyagörüşünün sehrinə düşür. Bu cazibənin əsasını, şübhəsiz, onun istedadı və əla təhsili təşkil edir. Onun Azərbaycanda və Rusiyada, Pakistanda və Rumıniyada, Hollandiya və Gürcüstanda, Misirdə və dünyanın buna ehtiyac olan bütün guşələrində təhsilin keyfiyyətini yüksəltmək səyləri məhz böyüməkdə olan nəslin bilik və mədəniyyət səviyyəsini artırmaq estafetinin davamıdır. Heydər Əliyev Fondunda hesab edirlər ki, həyatda xeyirxah iz qoymaq, dünyanın gələcəyinə qayğı göstərmək də elə budur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ötən əsrin 70-ci illərində Xəzərin sahilindəki bu respublikadan gəncləri Rusiya ali məktəblərinə təhsil almağa göndərəndə də məhz gələcəyi düşünürdü. Heydər Əliyevin adını daşıyan Fond da ilk günlərdən qarşısına məhz belə xeyirxah məqsəd qoyub.
Yeri gəlmişkən, Ulyanovsk təsadüfən seçilməyib. Azərbaycanın Rusiyanın bu regionu ilə qədim dostluq əlaqələri var. 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev “Aleksandr Suvorov” teploxodunun qəzaya uğraması ilə əlaqədar yaradılmış dövlət komissiyasına başçılıq edib. Sonralar artıq müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyev Rusiyanın bu regionu ilə əməkdaşlığı inkişaf etdirirdi. Regionun əhalisi hələ də dahi lideri hərarətlə xatırlayır. Ulyanovskda Onun şərəfinə abidə ucaldılıb, şəhərin meydanlarından biri Heydər Əliyevin adını daşıyır.
Məktəbin əsaslı təmiri layihəsinin dəyəri 25 milyon rubldur. Məktəbin təkcə xarici görünüşü deyil, məzmunu da dəyişib. İndi uşaqlar yenilənmiş məktəb muzeyində odlar yurdu Azərbaycanın tarixi və mədəniyyəti barədə materiallarla tanış ola biləcəklər. Məktəbin kitabxana fondu da xeyli zənginləşdirilib və ən başlıcası isə təhsil ocağına “1:1 - gələcək üçün təhsil” layihəsi çərçivəsində Azərbaycanda istehsal olunmuş noutbuk dəstləri hədiyyə olunub.

Siyasət