Güləşçimiz erməni rəqibini məğlub edib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Vitali Rəhimov Arman Adikyana heç bir şans verməyərək ona güləş dərsi keçib
Dünən Rusiyanın paytaxtı Moskva şəhərində güləş üzrə Dünya Çempionatına start verilib. İlk olaraq yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Bu növdə təmsilçimiz Vitali Rəhimov (66 kq) ölkəmizi uğurla təmsil edir. Güləşçimiz ilk mərhələlərdə hindistanlı Kumar Sunilə qalib gəlib. Sonrakı mərhələdə isə idmançımızın rəqibi erməni Arman Adikyan olub. Vitali Rəhimov erməni rəqibinə heç bir aman verməyərək onun kürəyini yerə vurub. Erməni rəqibinin nəfəsini kəsən pəhləvanımız parlaq qələbə ilə 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə təmsilçimiz rusiyalı Ambako Vaçadze ilə qarşılaşacaq.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009