Yeni Azərbaycan Partiyası Beynəlxalq Böhran Qrupunun hesabatına etiraz edir

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Bu günlərdə “Beynəlxalq Böhran Qrupu” adlanan qurum “Azərbaycan: həssas sabitlik” adlı hesabat dərc edib. Ayrı - ayrı beynəlxalq qurumların Azərbaycana maraq göstərmələri təbiidir. Çünki bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsinin lider ölkəsi kimi diqqəti cəlb edir. Lakin hər-hansı bir ölkə ilə bağlı hesabat və ya məlumatı hazırlayan beynəlxalq qurum sözügedən ölkə haqqında obyektiv və ədalətli təhlil verməyə borcludur. Təəssüf ki, özünü Beynəlxalq Böhran Qrupu adlandıran qurumun təqdim etdiyi hesabatda biz bunu görmürük. Hesabatda Azərbaycanın ictimai - siyasi, sosial və iqtisadi vəziyyətini təhrif edən bir çox tezislər öz əksini tapıb. Məlumdur ki, bu gün bir sıra beynəlxalq maliyyə təşkilatlarının da qeyd etdiyi kimi, Azərbaycan regionun lider ölkəsi olmaqla, sosial - iqtisadi sahədə yüksək inkişaf tempinə malikdir. Ölkədə hakim olan sosial - iqtisadi, ictimai - siyasi sabitlik, demokratik dəyərlərin durmadan inkişafı bunun bariz nümunəsidir. Yeni iş yerlərinin açılması, orta və kiçik sahibkarlığın inkişafı, bank sektorunda həyata keçirilən islahatlar, təhsil sisteminin müasirləşdirilməsi Azərbaycan xalqı tərəfindən böyük məmnunluq hissi ilə qarşılanır. Əhalinin rifahı günbə - gün yaxşılaşır, ölkədə islahatlar davamlı olaraq həyata keçirilir. Yəqin ki, sözügedən qurumun “təhlilçiləri” Azərbaycanın ötən ilki reytinq cədvəlində ən islahatçı ölkələr sırasında dayandığını “unudublar”. Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqının böyük əksəriyyəti Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq müdafiə edir.
Bu gün bütün beynəlxalq təşkilatlara, o cümlədən yəqin ki, “Beynəlxalq Böhran Qrupu”ndakı dairələrə də Ermənistanın Azərbaycana təcavüz etməsi və torpaqlarımızın iyirmi faizinin işğal olunması faktı məlumdur. Lakin qurumun təqdim etdiyi “hesabat”da Ermənistanın təcavüzü, Azərbaycanın məcburi köçkün və qaçqınları, həmin təcavüzün sosial - iqtisadi cəhətdən vurduğu zərbələr, o cümlədən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin mütəmadi olaraq pozulması və s. bu kimi məlumatlar öz əksini tapmayıb.
Yeni Azərbaycan Partiyası sözügedən qurumun təqdim etdiyi hesabatın qeyri - obyektiv olduğunu bildirərək, burada təqdim olunan məlumatların müxalifət mətbuatından götürüldüyünü və faktiki olaraq, “hesabat” adı altında təqdim edildiyini xüsusi olaraq qeyd edir. Hesabatı vərəqlədikcə sanki mütəmadi olaraq öz səhifələrində ölkəmizin reallıqlarını məqsədli şəkildə və ardıcıl olaraq təhrif edən müxalifət mətbuatını oxuyursan. Lakin həyat Azərbaycanda bu cür yalan və böhtanlara inananların olmadığını dəfələrlə sübut edibdir. Buna görə də Yeni Azərbaycan Partiyası “Beynəlxalq Böhran Qrupu”nun ölkəmiz haqqında hazırladığı “Azərbaycan: həssas sabitlik” adlı hesabatı obyektiv hesab etməyərək pisləyir, qurumun rəhbərliyini qərəzli məlumatlar yaydığına görə qınayır və ümid edir ki, yol verilmiş yanlışlar tez bir zamanda aradan qaldırılacaq.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009