YAP Xəzər rayon təşkilatında treninq keçirib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Siyavuş Novruzov: Mövcud Seçki Məcəlləsi, ölkədə yaradılmış şərait seçkilərin şəffaf, ədalətli və demokratik keçirilməsinə imkan verir
Dünən Xəzər rayonunda Yeni Azərbaycan Partiyası İcra katibliyi tərəfindən seçki qərargahının üzvləri, YAP tərəfindən imza toplayanlar və seçki müşahidəçiləri üçün treninq keçirilib.
Görüşdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov qarşıdan gələn parlament seçkilərinə hazırlıq işlərindən danışıb: “Məlum olduğu kimi, rayon ərazisində 2 dairə seçki məntəqəsi mövcuddur. 13 saylı I dairə seçki məntəqəsində 32 məntəqə birləşir, 14 saylı II dairə seçki məntəqəsi isə özündə 31 məntəqəni birləşdirir. Eyni zamanda, YAP seçki qərargahının Xəzər rayon şöbəsinin 15 nəfərdən ibarət üzvü seçilib”.
Xəzər rayonunda yerləşən 14 saylı II dairə seçki məntəqəsinin respublika üzrə nümunə kimi qəbul edildiyini söyləyən Namiq Əhmədov vurğulayıb ki, bütün seçki məntəqələri seçkilərə tam hazırdır.
Daha sonra YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi, qanunvericiliyə uyğun olaraq, öz fəaliyyətini qurur, seçki qərargahının üzvləri, YAP tərəfindən imza toplayanlar və seçki müşahidəçiləri üçün treninqlər, seminarlar keçirir.
Siyavuş Novruzov bildirib ki, seçki prosesində də seçki qərargahının üzvləri, YAP tərəfindən imza toplayanlar və seçki müşahidəçiləri üzərinə böyük iş düşür.
Parlament seçkilərinin digər seçkilərdən fərqləndiyini söyləyən Siyavuş Novruzov deyib ki, mövcud Seçki Məcəlləsi, ölkədə yaradılmış şərait seçkilərin şəffaf, ədalətli və demokratik keçirilməsinə imkan verir.
Sonra YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov partiya fəallarına tapşırıq və tövsiyələrini verib.
Ramil VƏLİBƏYOV

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009