Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Ramazan bayramı münasibətilə iftar süfrəsi açıb

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın adından müqəddəs Ramazan bayramı münasibətilə Moskvada iftar süfrəsi açılıb.
Tədbir Poklon dağında açılmış Ramazan çadırında təşkil olunub. Tədbirin təşkilində Rusiya Müftilər Şurası və “Nadejda” Mədəni-Maarif Fondu yaxından iştirak edib.
Azərbaycan diasporunun nümayəndələrinin, oruc tutanların, qonaqların dəvət olunduğu iftar süfrəsinin əvvəlində Quran oxunub, namaz qılınıb. Sonra qonaqlara Azərbaycan mətbəxinin təamları təklif olunub.
İftar süfrəsi zamanı Azərbaycan haqqında videofilm nümayiş etdirilib, milli musiqimiz səslənib. Toplaşanlara “Baku”, “İrs” jurnalları, Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən bukletlər, Azərbaycan haqqında multimedia diskləri, Azərbaycanın mənzərələri əks olunmuş açıqcalar paylanıb.
İftar süfrəsinə dəvət olunanlar Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevaya xüsusi minnətdarlıqlarını bildiriblər.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009