Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir
- Prezident İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib
- 2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
- Tələbə qəbulu prosesi yekunlaşır
- Azərbaycan hökumətinin atdığı addımlar yüksək qiymətləndirilib
- Ərdoğandan aravuranlara sərt cavab
- Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır
- Prezident İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib
Dünən ATƏT-in Bakı ofisi ilə Azərbaycan Mətbuat Şurası “Medianın özünütənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması” mövzusunda birgə konfrans keçiriblər. Konfransda “Jurnalistlərin peşə davranışı qaydaları”nın təkmilləşdirilmiş variantı ictimai müzakirəyə təqdim olunub. Yeni variantın jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyi bildirilir. Təkmilləşdirilmiş sənəddə məlumatların toplanması və açıqlanması, cinayət hadisələri haqqında məlumatların verilməsi və təqsirsizlik prezumpsiyası, medianın müstəqilliyi və jurnalistlərin hüquqlarına dair məsələlərə xüsusi diqqət yetirilib.
Yeni qaydaların jurnalistlərin təcrübəsini institusional səviyyədə təkmilləşdirəcəyini vurğulayan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, sənəd, həmçinin, media mənsublarını gündəlik fəaliyyətlərində etik standartların tətbiqinə sövq edəcək. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev vurğulayıb ki, medianın özünütənzimləməsində cəmiyyətin, ölkənin reallığının nəzərə alınması vacibdir.
KİV-lərin inkişafı üçün bir sıra mühüm addımların atıldığını, qanunların qəbul olunduğunu vurğulayan sektor müdiri bildirib ki, bütün bunlar medianın özünütənzimləməsi üçün geniş imkanlar yaradıb.
ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel də yeni qaydaları mediada yüksəliş kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan bir sıra məsələlərlə bağlı ATƏT-in qarşısında öhdəlik götürüb və onları yerinə yetirməkdə davam edir. Konfransda iştirak edən bolqarıstanlı media mütəxəssisi Oqnian Zlatev və İrlandiya Mətbuat Şurası idarə heyətinin üzvü Martin Fitzpatik etik davranış qaydaları və medianın özünütənzimləməsinə dair təmsil etdikləri ölkələrin təcrübəsi, eləcə də, etik davranış qaydalarının defamasiya və böhtanın dekriminallaşdırılmasına olan təsiri haqqında məlumat veriblər. Konfransda ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dünya Miyatoviçin müraciəti də oxunub.

Siyasət