Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Azərbaycan və Makedoniya gəncləri arasında əlaqələr inkişaf edir
- Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir
- Prezident İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib
- Gənclərin əməkdaşlığı Azərbaycanla Makedoniya arasında körpü yaradır
- 2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
- Tələbə qəbulu prosesi yekunlaşır
- Azərbaycan hökumətinin atdığı addımlar yüksək qiymətləndirilib
- Ərdoğandan aravuranlara sərt cavab
Mübariz Qurbanlı: Əslində, qeyri-ciddi və obyektivlikdən uzaq olan bu tipli “hesabat”lar əhəmiyyətsiz və mənasız cəhdlərin nəticəsidir
“Beynəlxalq Böhran Qrupunun (BBQ) Azərbaycan haqqında açıqladığı hesabatda deyilənlər onların xülyalarının məhsuludur. Bu hesabatdakı fikirlər heç bir fakta söykənmir”. Bu fikirləri www.yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Azərbaycanda siyasi sabitlik və iqtisadi tərəqqi mövcuddur. Ölkə əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Onun sözlərinə görə, Beynəlxalq Böhran Qrupu adlanan təşkilatın arxasında dayanan dairələr Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq üçün bu tipli “təhlillər” ortaya qoyurlar.
YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycanda siyasi hakimiyyət milli maraqlara söykənən xətti ardıcıl olaraq həyata keçirir. Ölkəmiz bölgədə lider dövlətdir və əldə etdiyi uğurlar işğalçı Ermənistanı himayə edən dairələri narahat edir.
“Sual olunur: Qeyd olunan hesabatı Beynəlxalq Böhran Qrupu adlanan qrum hazırlayarkən Azərbaycanda nə vaxt təhlil və tədqiqat aparıbdır. Həmin hesabatdakı bir sıra məlumatlar bəzi “bulvar qəzetlərin”də gedən şaiyə və dedi-qoduların başqa formada təzahürüdür. Əslində, qeyri-ciddi və obyektivlikdən uzaq olan bu tipli “hesabat”lar əhəmiyyətsiz və mənasız cəhdlərin nəticəsidir,” - deyə M.Qurbanlı vurğulayıb.

Siyasət