Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Azərbaycan və Makedoniya gəncləri arasında əlaqələr inkişaf edir
- Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir
- Prezident İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib
- Gənclərin əməkdaşlığı Azərbaycanla Makedoniya arasında körpü yaradır
- 2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
- Tələbə qəbulu prosesi yekunlaşır
- Azərbaycan hökumətinin atdığı addımlar yüksək qiymətləndirilib
- Ərdoğandan aravuranlara sərt cavab
Əli Əhmədov: BMT-nin Baş Assambleyasında müzakirəyə çıxarılacaq sənəd Ermənistanın təcavüzkar mahiyyətini bir daha dünya ictimaiyyətinə çatdıracaq
“Ermənilər dünya ictimaiyyətinin onların təcavüzkar olduğunu getdikcə daha aydın şəkildə dərk etməsini və pisləməyə başlamasını çox böyük narahatçılıqla qarşılayırlar. Bu istiqamətdə atılan çox əhəmiyyətli addımlardan biri bu yaxınlarda BMT-nin Baş Assambleyasında müzakirəyə çıxarılacaq Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı sənəddir”. Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib. Əli Əhmədov BMT-də müzakirəyə çıxarılacaq bu sənədin kifayət qədər çox dövlətlər tərəfindən dəstəklənəcəyinə inandığını bildirib. “Biz buna əminik. Çünki Azərbaycanın apardığı diplomatik səylər belə bir inamı ortaya qoymağa əsas verir. Digər tərəfdən, bu müzakirənin aparılması özü-özlüyündə Ermənistanın təcavüzkar mahiyyətini BMT vasitəsilə bir daha dünya ictimaiyyətinə, dövlətlərə çatdırır” - deyən YAP Sədrinin müavini Ermənistanın bundan narahat olduğunu qeyd edib.
Əli Əhmədovun sözlərinə görə, ermənilər üçün ən düzgün yol bundan ibarət olardı ki, Azərbaycanın işğal altında saxladıqları torpaqlarını geri qaytarsınlar. Çünki dünya ictimaiyyəti birmənalı şəkildə istənilən təcavüzün əleyhinədir.
“O cümlədən də, konkret olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzünün əleyhinədir. Prinsip etibarilə bəşəriyyət təcavüzün əleyhinə olursa, konkret şəkildə Azərbaycana olan erməni təcavüzünün də əleyhinə olmalıdır. Bu mənada hər bir beynəlxalq təşkilatda aparılan müzakirələr, sənədlər nə qədər insanın dəstəkləməsindən asılı olmayaraq Ermənistanın təcvüzünü ifşa edilməsi məqsədini güdür. Ona görə də, ermənilər bundan narahat olurlar. Amma mən belə hesab edirəm ki, ermənilər bundan narahat olmaqdan daha çox Azərbaycan toraqlarını geri qaytarmaqdan savayı başqa bir yolun olmadığını daha tez dərk etsinlər. Bu, onlar üçün ən yaxşı variant olardı”, deyə YAP Sədrinin müavini vurğulayıb.

Siyasət