Prezident İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş səfiri Arjen Peter Uijterlindenin etimadnaməsini qəbul edib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arjen Peter Uijterlindenin etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib. Arjen Peter Uijterlinde etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib. Dövlətimizin başçısı səfir Arjen Peter Uijterlindenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Niderland Krallığı arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan Respublikasının Niderland Krallığı ilə münasibətlərin inkişafında maraqlı olduğunu deyən Prezident İlham Əliyev bunun üçün yaxşı potensialın olduğunu qeyd edib. Hər iki ölkədə tam həcmdə diplomatik nümayəndəliklərin fəaliyyət göstərməsinin önəmini vurğulayan dövlətimizin başçısı ikitərəfli layihələrə biznes ictimaiyyətinin də böyük maraq göstərdiyini deyib. Avropa İttifaqı-Azərbaycan münasibətlərinin ikitərəfli əlaqələrimizin tərkib hissələrindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev münasibətlərimizin bir çox sahələri əhatə edəcəyinə əminliyini ifadə edib.
Səfir Arjen Peter Uijterlinde Niderland Kraliçası Ülyahəzrət Beatriksin ən xoş arzularını  dövlətimizin başçısına çatdırıb. Arjen Peter Uijterlinde son illər ikitərəfli münasibətlərimizin inkişafında böyük tərəqqinin müşahidə olunduğunu, qarşılıqlı səfərlərin artdığını deyib.
Dövlətimizin başçısı Niderland Kraliçası Ülyahəzrət Beatriksin ən xoş arzularına görə minnətdarlığını bildirib, Onun da ən xoş arzularını Kraliçaya və ölkəsinin liderlərinə çatdırmağı xahiş edib.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009