Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
Mədəniyyət : İctimai informasiyaların əldə olunması...
İctimai informasiyaların əldə olunması...

Real vəziyyət və perspektivlər müzakirə olundu

Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi dünən “İctimai informasiyaların əldə olunması: real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirib. Tədbirdə informasiya açıqlığı sahəsində mərkəzin Milli Büdcə Qrupu və Vətəndaş Nəzarəti Şəbəkəsi ilə birgə həyata keçirdiyi monitorinqin nəticələri açıqlanıb.

Multimedia Mərkəzinin direktoru, layihənin rəhbəri Osman Gündüz “İctimai informasiyaların açıqlanmasının və əldə edilməsinin monitorinqi” layihəsinin yekunları haqqında məlumat verib. Mərkəz rəhbəri bildirib ki, 3 istiqamət üzrə göndərilən informasiya sorğularının izlənilməsi və analizi beynəlxalq təşkilatlar tərəfindən istifadə edilən informasiya sistemi əsasında aparılıb. Bu  sistemə ilkin olaraq 69 sorğu və onların nəticələri haqqında məlumatlar daxil edilib. Bunlardan 60-ı dövlət qurumuna, 4-ü dövlət şirkətlərinə, 5-i isə xarici neft şirkətlərinə ünvanlanılıb. O.Gündüz gələcəkdə bu sistemdən daha da effektiv istifadə ediləcəyini deyib.

Ekspert Ələsgər Məmmədli layihə çərçivəsində hazırlanan “Neft gəlirləri, büdcə xərcləri və neft gəlirlərinin ətraf mühitə və sosial sahəyə təsirləri sahəsində informasiya açıqlığının monitorinqinin yekunları haqqında hesabat”ı təqdim edib. Hesabatda 69 sorğudan 34-nün cavablandırıldığı və 35-nə 4 ay müddətində cavab gəlmədiyi haqqında məlumat yer alıb. Sorğuların 6 faizi qanunla müəyyən olunan vaxtda, 43 faizt isə sorğu vaxtından xeyli gec cavablandırılıb. Cavabsız buraxılan 35 sorğunun 30-nun dövlət qurumuna və dövlətin təsis etdiyi şirkətlərə, 5-nin isə Neft Şirkətinə yönəlmiş olduğu bildirilib. 4 aylıq müddət ərzində cavablandırılan 34 sorğudan yalnız 15 sorğunun tam cavablandırıldığı və yetərli hesab edildiyi vurğulanıb.

Müzakirələrdə söz alan ekspertlərin rəyinə əsasən ölkədə informasiya açıqlığı sahəsində son dövrlərdə müəyyən irəliləyişlər müşahidə olunsa da hələlik  normal  mühit yaradılmayıb. Müzakirələrdə  vətəndaş cəmiyyətinin bu istiqamətdəki fəaliyyətinin daha da  gücləndirilməsi və İnformasiya Müvəkkili İnstitutunun formalaşması istiqamətində səylərin artırılması tövsiyə olunub.

Qeyd edək ki, tədbir ACİ-Yardım Fondu tərəfindən dəstəklənən “İctimai informasiyaların açıqlanmasının və əldə edilməsinin monitorinqi” layihəsi çərçivəsində həyata keçirilib.

TURANƏ



143 dəfə oxunub
 

1 2 3 4 5
 
Rating: 1.00 (cəmi 2 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 2757 bələdiyyədən altısının internet saytı var
 Dövlət orqanlarının rəsmi internet resurslarının monitorinqi II mərhələdədir
 Polisin işinə sahibkarların şikayətinə əsasən qiymət verilir
 Respondetlərin 71 faizi ən çox İlham Əliyevə etibar edir
 “Qızıl Buta” sahiblərinə təqdim olundu
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb