Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
Siyasət : Tariximizə sahib çıxaq
Tariximizə sahib çıxaq

YAP Gənclər Birliyi bu mövzuda konfrans keçirib

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi dünən Xocalı soyqırımına həsr olunmuş “Tariximizə sahib çıxaq” adlı konfrans keçirib. Gənclər Birliyinin sədri Ramil Həsənov 1992-ci ildə baş vermiş Xocalı hadisəsinin tariximizin qanlı səhifələrindən olduğunu bildirib. Ermənilərin Xocalı sakinlərinə qarşı törətdiyi qətliamın 20-ci əsrin ən böyük faciəsi olduğunu deyən R.Həsənov qeyd edib ki, YAP Gənclər Birliyi həmişə tarixi hadisələri xatırlayır: “Partiyamızın Gənclər Birliyi vətənpərvərliklə bağlı mütəmadi olaraq tədbirlər keçirir. Eyni zamanda, xalqımızın başına gətirilən müsibətlər xatırlanır. Biz bu xatırlatmaları həmişə etməliyik ki, gənc nəsillərin şüuruna təsir etsin, tariximiz unudulmasın”.

Xocalının sabiq icra başçısı, millət vəkili Elman Məmmədov 16 il öncə baş verən faciə haqda gəncləri məlumatlandırıb. Xocalı hadisəsinin dünya azərbaycanlıları üçün hüzn günü olduğunu deyən E.Məmmədov bu ərazinin dəfələrlə ermənilər tərəfindən yandırıldığını xatırladıb: “Xocalı hələ 1905-ci və 1918-ci illərdə də yandırılıb. Bu şəhər çox strateji bir ərazidə yerləşirdi. Ona görə də ermənilər üçün Xocalının qəsb edilməsi əsas vəzifələrdən biri idi. Biz düşmənə yetərincə müqavimət göstərə bilirdik. Amma respublikanın o vaxtkı rəhbərliyi heç bir kömək etmədiyi üçün ermənilər öz planlarını gerçəkləşdirə bildilər, əhalini qırdılar. Xocalı hadisəsi baş verənə qədər 4 ay şəhər mühasirədə qaldı. Dəfələrlə respublika rəhbərliyinə müraciət olunsa da, kömək göstərmədilər. Rusların köməyi ilə ermənilər 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımını törətdilər”. Millət vəkili torpaqlarımızın işğalının səriştəsiz rəhbərlərin fəaliyyətsizliyi səbəbindən sürətləndiyini xatırladıb. Hazırda Azərbaycanın güclü ordusunun olduğunu deyən E.Məmmədovun fikrincə, indiki silahlı qüvvələrimizin bir batalyonu o zaman Xocalını qorumağa qadir olardı. O, qeyd edib ki, Xocalı sakinləri Prezident İlham Əliyevin fəaliyyətini dəstəkləyir və torpaqlarımızın işğaldan azad olunacağına inanırlar: “Bu gün Azərbaycan sürətlə inkişaf edən, güclü orduya malik, dünyada öz sözünü deyən dövlətdir. Prezident İlham Əliyev qətiyyətlə bəyan edib ki, torpaqlarımızın bir qarışı da gedilməyəcək. Biz prezidentimizə inanırıq. Əminik ki, onun siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək”. Azərbaycanın intellektual gənclər ordusunun formalaşdığını deyən E.Məmmədov onlara tövsiyə edib ki, öz potensiallarını Azərbaycan həqiqətlərinin dünyaya layiqincə çatdırılmasına səfərbər etsinlər.

“İrəli” gənclər hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı təmsil etdiyi təşkilatın Xocalı soyqırımına aid film hazırlayaraq 10 dövlətdə yayımladığını bildirib. Hərəkatın üzvləri, həmçinin, mütəmadi olaraq dünyanın nüfuzlu şəxslərinin internet ünvanlarına Ermənistanın təcavüzü barədə məlumat göndərirlər. Bu məlumatlar əcnəbilərdə obyektiv fikrin formalaşmasına müsbət təsir göstərir.

YAP Gənclər Birliyinin sədr müavini Bəxtiyar Əsgərov Azərbaycanda ideyaca sağlam gənclərin formalaşdığını deyib. Onun fikrincə, gənclər Prezident İlham Əliyevin fəaliyyətini dəstəkləyir və Azərbaycandakı quruculuq prosesində yaxından iştirak edirlər.

Gənclər Birliyi İdarə Heyətinin üzvü Emil Həsənli çıxışında bildirib ki, ermənilərin işğalçılıq siyasətinə beynəlxalq güclər dəstək verib. Məhz bunun nəticəsində də Azərbaycan torpaqları işğal olunub. “Təəssüf ki, dünyada hələ də ikili standartlar mövcuddur. Ötən əsrin əvvəllərində ermənilərə dəstək verən qüvvələr yenə də bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər” - deyə o, vurğulayıb.

Konfransda, həmçinin, Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib.

Nardar BAYRAMLI



202 dəfə oxunub
 

1 2 3 4 5
 
(cəmi 0 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 Xocalı soyqırımının tanınmasında gənclərin rolu
 Moskvada “15 il Xocalısız” adlı tədbir keçirilib
 “Aztelekom”da Xocalı soyqırımının qurbanları anılıb
 Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı anım tədbirləri keçirilib
 Xocalı faciəsinə ikili münasibət yolverilməzdir
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb