Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
İqtisadiyyat : Koreyadan 640 milyon manat həcmində investisiya
Koreyadan 640 milyon manat həcmində investisiya

KEPCO şirkəti ən nəhəng elektrik stansiyasını tikmək üçün MDB məkanında  Azərbaycanı seçib

Koreyanın KEPCO şirkəti Müstəqil Elektrik Stansiyasının tikintisi ilə əlaqədar Azərbaycan hökuməti ilə yaxın vaxtlarda işlərə başlamaq niyyətindədir. Hazırda KEPCO tərəfindən təqdim olunmuş layihə üzrə təkliflər İqtisadi İnkişaf Nazirliyi və məsləhətçi konsorsium tərəfindən baxılmaqdadır. Xatırladaq ki,  layihəni Azərbaycanın maraqlarına uyğun hazırlamaq və həyata keçirmək məqsədilə İİN tərəfindən layihənin dəyərləndirilməsi prosesinə Fransanın BNP Paribas, İngiltərənin Allen ənd Overy və MottMacDonald, eləcə də Azərbaycanın MGB  şirkətlərindən ibarət məsləhətçi konsorsium cəlb olunub. İqtisadi İnkişaf Nazirliyindən verilən xəbərə görə, artıq layihə üzrə təkliflərə münasibət bildirilməsi üçün aidiyyəti dövlət qurumlarına təqdim olunmaq ərəfəsindədir. Nazirlik, həmçinin, son zamanlar Koreya şirkəti tərəfindən tikintisi nəzərdə tutulan  elektrik stansiyasının qiymətləndirilməsi ilə bağlı yanlış məlumatlara da aydınlıq gətirib.

İİN-in mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, Ələtdə Müstəqil Elektrik Stansiyasının  tikintisi layihəsi ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrində göstərilən rəqəmlərdə qeyri-dəqiqlik, elektrik stansiyasının texniki parametrlərinin şərhində isə anlaşılmazlıqlar müşahidə olunur. Bu isə ölkənin enerji siyasətində əhəmiyyətli rol oynayacaq stansiya barəsində bir çoxlarında yanlış təsəvvür yaradır. A.Əliyevin fikrincə, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafında mühüm əhəmiyyət daşıyan infrastruktur layihələrinin reallaşmasını başlıca prioritetlərdən hesab edir. Elektrik stansiyalarının tikintisinə yeni inkişaf proqramlarında xüsusi yer verilib. Regionların sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramında infrastruktur-enerji layihələri başlıca sahələrdən biridir. Ölkəmizin istehsal etdiyi elektrik enerjisinin həcmi yaxın illərdə bir neçə min meqavatt artacaq ki, bu da nəinki Azərbaycanın, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyacaq. Artıq bir neçə ildir ki, respublikamız  elektrik enerjisinə artan tələbatın ödənilməsi, enerji təhlükəsizliyinin təmin olunması ilə bərabər, xarici ölkələrə enerji ixrac etmək imkanına malikdir. Enerji istehsalında rəqabət mühitinin formalaşdırılması və karbohidrogen resurslarından istifadənin səmərəliliyinin artırılması istiqamətində görülən mühüm tədbirlərdən biri də özəl kapitalın cəlb olunması vasitəsilə Müstəqil Elektrik Stansiyalarının tikintisi layihəsidir. Koreyanın KEPCO şirkəti bu sahədə ən nəhəng layihəni ölkəmizdə reallaşdıracaq.

Yeni layihə də keçmiş sovet məkanında ilk dəfə Azərbaycanda həyata keçiriləcək. KEPCO tərəfindən layihə üzrə keçirilmiş texniki-iqtisadi əsaslandırma işləri nəticəsində stansiyanın müvafiq texniki-iqtisadi parametrləri müəyyənləşdirilib. Təkliflərə əsasən Elektrik Stansiyasının 2 qaz və 1 buxar turbinindən ibarət olmaqla tam gücü 818 meqavatt olacaq ki, bu da Azərbaycanda hazırda ən güclü stansiya olan Azərbaycan ES-in istehsal gücündən də böyükdür. İş ondadır ki, istehsal olunacaq hər 1 kVt/saat enerjiyə 0,185 m3 təbii qazın sərfiyyatı, başqa sözlə, 1 m3 təbii qazdan alınan enerjinin həcmi 5,4 kVt/s təşkil edir. Bu, digər stansiyalarla müqayisədə daha az yanacaq sərfi deməkdir. Müasir texnologiyaların tətbiqi nəticəsində enerji istehsalına sərf olunan təbii qaza qənaət olunacaq. A.Əliyev bildirib ki, koreyalı investor tərəfindən cəlb olunacaq sərmayələrin həcmi 640 milyon manat və ya təxminən 523 milyon avro həcmindədir. Bu, ABŞ pulu ilə təxminən 740 milyon dollar deməkdir. Azərbaycan hökuməti ilə Koreya arasında əldə olunmuş razılığa əsasən layihənin həyata keçirilməsi üçün tələb olunan vəsait bütünlüklə qarşı tərəfin sərmayəçiləri tərəfindən  ödəniləcək. Digər tərəfdən, həmin vəsaitlər dövlət zəmanəti ilə alınan kredit hesab olunmadığından hökumət burada hansısa öhdəliyə malik deyil.

ELBRUS CƏFƏRLİ



189 dəfə oxunub
 

1 2 3 4 5
 
(cəmi 0 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 Koreya şirkəti Azərbaycanda ən böyük elektrik stansiyası tikir
 Azərbaycan və İran elektrik stansiyalarının tikilməsi şərtlərini razılaşdırır
 Azərbaycanda ilk özəl elektrik stansiyası inşa olunacaq
 Azərbaycanda külək dəyirmanları tikiləcək
 Koreyanın energetika şirkətləri Azərbaycanı zəngin məkan hesab edir
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb