Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
Siyasət : YAP Nərimanov rayon təşkilatı prezident seçkilərinə hazırlaşır
YAP Nərimanov rayon təşkilatı prezident seçkilərinə hazırlaşır

Prezident seçkilərinə hazırlıq YAP-ın ilk təşkilatlarında müzakirə edilməkdədir. Dünən YAP Nərimanov rayon “Bakıelektroştamp” ASC ilk ərazi təşkilatının yığıncağında seçki məsələləri ilə yanaşı, partiyaya yeni üzvlər qəbul olunub. İlk təşkilatın sədri Ramiz Əlimuradov müəssisədə 300-dən çox işçinin çalışdığını bildirib. O, qeyd edib ki, “Bakıelektroştamp” zavodu özəlləşdirildikdən sonra istehsalatda artımlar baş verib. Belə ki, müəssisədə istehsal olan məhsullar kəmiyyət baxımından ilbəil artır, həmçinin, bütün infrastrukturlar yenidən qurulur və yeni avadanlıqlar alınır. R.Əlimuradov müəssisədə YAP üzvlərinin sayının 100 nəfərdən çox olduğunu bildirib. Bununla yanaşı, partiya sıralarına qoşulmaq istəyənlər çoxdur. Sevindirici haldır ki, onların əksəriyyətini gənclər təşkil edir. “Kollektivin üzvləri həmçinin, ictimai-siyasi həyatda da fəaldırlar. Artıq prezident seçkilərinə hazırlıq prosesi gedir. İlk təşkilatımız hazırlığın ilkin mərhələsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin prezident seçkilərində qələbə qazanacağı şübhə doğurmur. Bununla belə, YAP fəalları seçki kampaniyasında aktiv işləməlidirlər. Biz ilk təşkilat olaraq prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürərək onun fəal təbliğatçıları olacağıq” - deyə o, vurğulayıb.

Partiya fəallarından Zahid Vəliyev, Tamilla Quliyeva və Zaman Qəmbərov yığıncaqda çıxış edərək ölkənin uğurlarından danışıblar. Onlar qeyd ediblər ki, bütün uğurlar Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyevin tərəfindən layiqincə yerinə yetirilməsi nəticəsində qazanılır.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev isə çıxışında bildirib ki, seçkilərə hazırlığın indiki mərhələsində seçici siyahıları dəqiqləşdirilir. Nərimanov rayonunda bu prosesin YAP fəalları tərəfindən uğurla həyata keçirildiyini deyən T.Tağıyev partiya üzvlərini kampaniyaya yaxından dəstək verməyə çağırıb. YAP-ın yaranma tarixindən danışan təşkilat sədri qeyd edib ki, 1993-cü ildən etibarən partiya üzvləri müstəqil dövlət quruculuğu prosesində fəal iştirak edib. Onun fikrincə, ölkəmizdə YAP-la rəqabət apara biləcək siyasi qüvvə yoxdur. Partiyanın sədri, ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində beynəlxalq aləmdə dövlətimizin mövqeləri daha da möhkəmlənir, əhalinin sosial rifahı yüksəlir və bütün sahələr üzrə sürətli inkişaf baş verir. Bunun nəticəsində də İlham Əliyevin reytinqi xeyli yüksəlməkdədir. Nəinki yerli, həmçinin, xarici təşkilatların keçirdiyi rəy sorğularında da İlham Əliyevin seçkilərdə qələbə qazanacağını düşünənlər  90 faizdən çoxdur. T.Tağıyev bildirib ki, seçkilərə hazırlığın bütün mərhələlərində YAP-ın üzvləri fəal olmalıdırlar. Bu həm texniki məsələlərdə, həm də təşviqat kampaniyasında özünü göstərməlidir. O, YAP Nərimanov rayon təşkilatında 14 mindən artıq partiya üzvlərinin birləşdiyini deyib. İlk təşkilatların sayı isə 122-yə çatıb. Təşkilat sədri kəmiyyət baxımından onların böyük siyasi qüvvə olduğunu vurğulayıb və qeyd edib ki, partiya fəallarının prosesdə aktivliyi səsvermə zamanı hər hansı nöqsan ehtimalını minimuma endirəcək.

YAP Nərimanov rayon təşkilatının sədr müavini, “Azərmətbuatyayım” İstehsalat Birliyinin sədri Vüqar Səfərli gənclərin partiyaya axınını təqdir edib. O, xatırladıb ki, YAP-ın Bakı şəhər üzrə ilk təşkilatı məhz Nərimanov rayonunda yaradılıb. Hazırda təşkilatın siyasi gücünün xeyli artdığını deyən V.Səfərlinin fikrincə, seçki kampaniyası zamanı gənclərin potensialından səmərəli istifadə edilməlidir.

Sonda YAP sıralarına qoşulmuş gənclərə partiya vəsiqələri təqdim olunub.

Nardar BAYRAMLI



167 dəfə oxunub
 

1 2 3 4 5
 
(cəmi 0 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 YAP Laçın rayon təşkilatı prezident seçkilərinə hazırlaşır
 YAP Qaradağ rayon təşkilatı prezident seçkilərinə hazırlaşır
 YAP Yasamal rayon təşkilatı 15 illik yubileyini qeyd edib
 YAP-da böyük ziyalı qüvvəsi birləşib
 Ölkədə YAP-a rəqib ola biləcək qüvvə yoxdur
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb