|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
Siyasət : “Vəhdət” sədri müxalifəti ittiham etdi | |||||||||||||||||||||
Tahir Kərimli: Onlar 15 il necə əqidə mübarizəsi aparıblar ki, xarici maşında gəzib, villada yaşayırlar? “Yeni Müsavat” qəzeti Vəhdət Partiyasının sədri Tahir Kərimlinin qəzetimizə verdiyi müsahibəsindəki fikirlərini qeyri-səmimi adlandırıb. T.Kərimlinin müxalifətin ünvanına səsləndirdiyi fikirləri əsassız adlandıran qəzet müsahibədə adı çəkilən bir sıra şəxslərin mövqeyinə yer ayırıb. Cəmiyyətin iki əks qütbə parçalanmasının günahkarının indiki müxalifət olduğunu açıqlayan “Vəhdət” sədri 2008-ci il prezident seçkilərində boykot qərarı verən siyasi qüvvələrin addımının məğlubiyyətlərinin kompensasiyası kimi dəyərləndirib. Müsavat Partiyasının sədr müavini, millət vəkili Arzu Səmədbəylinin onun haqqında dediyi fikirləri təkzib edib. A.Səmədbəylinin də yarınaraq parlament kürsüsü əldə etdiyini iddia edən T.Kərimli Müsavatın dialoq təklifinin eqoist korporativ maraqlara söykəndiyini deyib. T.Kərimlinin ittihamlarını cavablandıran Arzu Səmədbəyli isə öz növbəsində Tahir Kərimlinin “Müsavat”ın ünvanına dediklərini həqiqətə uyğun saymayıb və “Vəhdət” sədrini qeyri-səmimi adlandırıb. Vəhdət sədrinin Rəsul Quliyev haqda fikirlərinə cavab verən Açıq Cəmiyyət Partiyasının sədr müavini Yaqub Abbasov isə ACP liderinin isə 10 ildən artıq qürbətdə yaşamasını əsas gətirərək əqidə mübarizəsi apardığını deyib: “Tahir Kərimlinin belə bir insanı əqidə mübarizəsi aparmamaqda ittiham etməsi cəmiyyətdə gülüş doğurur. Müxalifəti o adamlar tənqid edir ki, onların danışmağa haqqı yoxdur”. Səslənən ittihamlara cavab verən Tahir Kərimli müxalifət qəzetlərində tez-tez haqqında böhtan xarakterli fikirlərin dərc olunduğunu önə çəkdi. Partiya sədrinin sözlərinə görə, “Yeni Müsavat” qəzetində dərc olunan sitatlar məqsədli şəklə salınıb: “Yeni Azərbaycan” qəzetində dərc olunan müsahibəmdən götürülən sitatlar kontekstdən çıxarılıb. “Yeni Müsavat” maraqlı olduğu cümlələri bir-birinin ardına düzməklə mətn yaratmaq istəyib. Amma bunu qeyri-peşəkar səviyyədə həyata keçiriblər. Buyursunlar, söyləsinlər ki, “Yeni Azərbaycan” qəzetində səsləndirdiyim arqumentlərin hansı səhvdir. Deyə bilməzlər, çünki özləri də bilirlər ki, mən həqiqəti danışıram. Həqiqəti bildikləri üçün də böhtan, şantaj və təhqirlə cavab verirlər. İstər Arzu Səmədbəylinin, istərsə də Yaqub Abbasovun dedikləri yalandır. Mən tam səmimiyəm. Ümumiyyətlə, apardığım mübarizədə hər zaman səmimiliyimlə seçilmişəm. Bu insanlar Azərbaycan xalqının, əqidə yoldaşlarının inamlarını aldadıblar. İrəli sürdüyüm arqumentləri əsaslandırmağa kifayət qədər faktım var. Mən hakimiyyətə yarınmaq arzusunda olsaydım, bu addımı seçkidən qabaq atardım və vəzifə əldə edərdim. Mən heç kimdən vəzifə istəməmişəm, niyə mənə şər atırlar? Hətta mənim yenidən öz sahəmdə Azərbaycan xalqına xidmət etməyə imkanım olsa, can-başla bunu yerinə yetirərəm”. Heç vaxt müxalifətin yalançı böhtanından çəkinmədiyini söyləyən T.Kərimli səhvlərini də etiraf etməyi bacardığını dilə gətirdi: “Mən etiraf edirəm ki, 15 illik mövqe səhvimiz olub. Bu müxalifət dost kimi Bakıya dəvət etdiyi mərhum Heydər Əliyevə sonradan bir əmrlə düşmən kəsildilər. Mən heç vaxt kampanyon marağın, şöhrətin dalınca getməmişəm. Mənə söz atarlar, beş qat artıq cavablarını verərəm. Mən müxalifətdə əqidə mübarizəsi aparanda onlar maşın, pul uğrunda mübarizə aparırdılar. Bu səbəbdən də hərəkatın ən pullu adamı olan mən indi ən kasıb, velosiped tapıb minə bilməyənlər ən varlıya çevriliblər. Onlar 15 il necə səmimi mübarizə aparıblar ki, indi villalarda yaşayır, xarici markalı maşınlarda gəzirlər? Budurmu onların mübarizəsi? Bu insanları öz ciblərindən və şəxsi maraqlarından başqa heç nə düşündürmür”. O ki qaldı ACP-dən səslənən fikirlərə, T.Kərimli Rəsul Quliyev haqqınlda işlətdiyi fikirləri də düzgün sayır: “Maraqlıdır ki, iqtidar düşərgəsindən kim korrupsiyada, rüşvətdə və başqa məsələlərdə günahlandırılaraq qovlansa, müxalifətin ən əqidəli adamına çevrilir. Kimin sözü gülüş doğurur? Hamı bilir ki, Rəsul Quliyev maddi imkanlarına görə bu müxalifətin “can-ciyərinə” çevrilib. Onun da pulu qurtarandan sonra salam da verməyəcəklər. Onsuz da təzə pullular tapıblar. Həbsdə olan köhnə nazirləri müdafiə etmək üçün dəridən-qabıqdan çıxırlar. Gəlin cəmiyyətdən soruşaq, kim səmimidir, puldan ötrü hər addımı atan bu müxalifət, yoxsa Azərbaycan uğrunda hər şeyindən keçən Tahir Kərimli?” Pərviz SADAYOĞLU 228 dəfə oxunub | |||||||||||||||||||||
|
| |||||||||||||||||||||
| |||||||||||||||||||||