Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
Müsahibələr : Xocalı soyqırımını törədənlər məhkəmə qarşısında cavab verməlidir
Xocalı soyqırımını törədənlər məhkəmə qarşısında cavab verməlidir

Elman Məmmədov: Bütün hallarda ermənilərlə ehtiyatlı şəkildə yaşamaq lazımdır

Bu gün Xocalı soyqırımının baş verməsindən 16 il ötür. Ötən illər ərzində  faciə haqqında çox danışılıb, yazılıb. Son zamanlar isə ermənilərin xalqımıza qarşı qətliamı xarici ölkələrdə də xatırlanır. Müsahibimiz erməni vəhşiliklərinin şahidi - Xocalı şəhərinin sabiq icra başçısı, millət vəkili Elman Məmmədovdur:

- Xocalı şəhəri çox strateji bir ərazidə yerləşirdi. Bakıdan Xankəndinə, həmçinin, Ermənistana gedən magistral yollar Xocalıdan keçirdi. Bundan əlavə, Qarabağda yeganə aeroport da bu şəhərdə idi. Təbii ki, belə bir strateji məkanı ələ keçirmək ermənilər üçün olduqca vacib idi. Qeyd edim ki, Xocalı dörd tərəfdən erməni kəndlərinin əhatəsində idi. Ağdamla yol əlaqəsi olsa da, sonradan bu yol da ermənilər tərəfindən bağlandı. Son dörd ayda isə yalnız vertolyotla gediş-gəliş oldu, amma bu əlaqə də çox çətin idi. Respublika rəhbərliyi isə mühasirədə olan şəhərə yetərincə kömək etmirdi.

- Siz kömək üçün ölkə rəhbərliyinə müraciət edəndə onların reaksiyası necə olurdu?

- Əvvəla bildirim ki, Xocalı sakinləri düşmənə layiqincə müqavimət göstərirdilər. Əgər bizim bir sakinimizi girov götürürdülərsə, biz də cavab tədbiri görürdük ki, girovu qaytarsınlar. Eləcə də yandırılan hər maşının əvəzinə erməni maşınlarını yandırırdıq. Amma müqavimətimiz belə bir şəraitdə çox davam edə bilməzdi. Təsəvvür edin, 1992-ci ilin fevral ayına qədər 4 ilə yaxın bir müddətdə ermənilərlə vuruşduq. Xeyli qəhrəman oğullarımız şəhid oldu. Son dörd ayda mühasirə şəraitində olan zaman isə vəziyyətimiz çətinləşdi. Öncə istəyirdik ki, Ermənistandan deportasiya edilən soydaşlarımızı Dağlıq Qarabağda yerləşdirək. Oradakı erməniləri isə Ermənistana göndərək. Mən bu məsələ ilə bağlı bir neçə nəfərlə Əbdürrəhman Vəzirovun qəbulunda oldum. Ona bu təklifi deyəndə nəinki qəbul etmədi, hətta bizi həbs etməklə hədələdi. Yəni, demək istəyirəm ki, həm Vəzirov, həm də ondan sonrakı hakimiyyətə gələn Ayaz Mütəllibov bizə heç bir kömək göstərmirdilər. Üstəlik, AXC-nin hakimiyyət mübarizəsi aparması vəziyyəti gərginləşdirirdi. AXC-nin hakimiyyətə can atması, Mütəllibovun isə kürsüsünü qorumaq cəhdləri xalqımızın başına bu fəlakəti gətirdi. Əgər vahid formada birləşib düşmənə qarşı mübarizə aparılsaydı, yəqin ki, bu cür faciələrlə rastlaşmazdıq.

- Artıq Xocalı faciəsindən 16 il ötür. Erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılması üçün görülən işləri necə qiymətləndirirsiniz?

- Xocalı soyqırımı ilə bağlı hazırda bir çox dünya ölkələrində tədbirlər keçirilir. Bu prosesdə diaspor təşkilatlarımız xüsusi fəallıq göstərir. Dövlətimizin onlara dəstəyi və birgə fəaliyyət öz səmərəsini verməkdədir. Mütəşəkkil şəkildə təşkil olunan tədbirlər artıq dünya xalqlarına ermənilərin nə kimi qətliam törətdiklərini göstərir. Təbii ki, bütün bunlar dünya ictimaiyyətinin rəyinə müəyyən təsir göstərməkdədir. Ancaq qarşıda hələ böyük vəzifələr durur. Xocalı soyqırımını törədənlər məhkəmə qarşısında cavab verməlidirlər. Bunun üçün Respublika Prokurorluğu tərəfindən istintaq aparılıb, cinayətkarlar da məlumdur. Əsirlikdə olmuş Xocalı sakinləri öz ifadələrində bildiriblər ki, onlara qarşı işgəncələrdə Ermənistan prezidenti Robert Köçəryan birbaşa iştirak edib. Bu cinayətə görə R.Köçəryan və onun adamları cavab verməlidirlər. Eyni zamanda, Xocalı hadisəsinin soyqırım kimi tanınması istiqamətində də işlər davam etdirilməlidir. 

- Son zamanlar Milli Məclisdə Xocalı soyqırımı haqqında qanun qəbul olunması təklifləri səslənir. Sizcə, belə bir qanuna ehtiyac varmı?

- Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımı özünün siyasi qiymətini alıb. Milli Məclisdə bu barədə qərar qəbul olunub və Xocalı hadisəsinin ermənilərin azərbaycanlılara qarşı soyqırım aktı törətdikləri vurğulanıb. Əlbəttə, bu, hüquqi sənəddir. Qanuna gəldikdə isə, əgər parlament rəhbərliyi məsləhət bilərsə, bu istiqamətdə də addımlar atıla bilər. Qeyd edim ki, hər il Milli Məclisdə Xocalı soyqırımı ilə əlaqədar dünya ölkələrinin parlamentlərinə, beynəlxalq qurumlara müraciət ünvanlanır. Eləcə də faciə ilə bağlı parlamentdə dinləmələr də keçirilib.

- Dağlıq Qarabağda yaşayan azərbaycanlılar ermənilərin ağır təcavüzünə məruz qalıblar. Azərbaycanlı icması olaraq, Dağlıq Qarabağ erməniləri ilə birgə yaşamağa özünüzü hazır bilirsinizmi?

- Belə bir tarixi-fəlsəfi deyim var: Hər şeyin zaman ehtiyacı var. Yəni, zaman bütün hadisələrə hakimdir. Dünya ölkələrinin tarixinə nəzər salsaq, son 200-300 ildə xeyli qanlı müharibələr baş verib. İkinci Dünya Müharibəsində 50 milyon insan həlak oldu. Ümumiyyətlə, ötən əsrin ortalarına qədər Avropa dövlətləri bir-biri ilə müharibə edib. İndi isə çoxlarının can atdığı Avropa Birliyində bir ailə kimi yaşayırlar. Doğrudur, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların başına çox müsibətlər gəlib. Ermənilər mənim anamı, başqa əzizlərimi öldürüblər. Eləcə də, nə qədər adamın qardaşlarını, övladlarını, həyat yoldaşlarını qətlə yetiriblər. Yəni faciə çox böyükdür. Amma sonsuz düşmənçilik də olmaz. Allahın köməkliyi ilə, prezidentimizin fəaliyyəti nəticəsində münaqişə ədalətlə həll olunacaq. Qalan məsələlər isə öz axarına düşəcək. Nə bilmək olar, orada erməni qalıb-qalmayacaq. Qalanların da əqidəsi nə olacaq? Bir məsəl var: İtlə yoldaşlıq etsən də, çomağını əlindən yerə qoyma. Yəni, ermənilərlə yaşayanlar hər zaman ehtiyatlı olmalıdırlar. Müsibətlərin hamısı unutqan olmağımızdan başımıza gəlib.

- Vaxtaşırı belə fikirlər səslənir ki, Azərbaycanın tərkibində yaşamaq istəyən ermənilər də az deyil. Sizcə, bu fikirlər doğrudurmu?

- Ermənilərin hamısının xisləti eynidir. Onlar o vaxt mehriban olur ki, gücsüzdürlər, işləri səndən keçir. Elə ki imkanları genişlənir, onlara çörək verən insanlara da arxadan xəncər vururlar. Yəni, ermənilər formalaşandan belə xislətləri mövcuddur. Tarixən Suriyada, İranda, Türkiyədə yaşayanda da belə olublar. Dərbənd qalasının ruslar tərəfindən mühasirəsi tarixinə nəzər salsanız görərsiniz ki, qalanın su, ərzaq təminatı yolları ilə bağlı sirləri ruslara ermənilər satıb. Bu baxımdan, Qarabağda yaşayan ermənilərin həmin fikirlərinə inanmaq olmaz. Yəqin bu fikirləri çox ağır vəziyyətdə yaşayan ermənilər deyib. Əgər onların da vəziyyəti yaxşılaşsa, “Böyük Ermənistan” deyib qışqıracaqlar. Bütün hallarda ermənilərlə ehtiyatlı şəkildə yaşamaq lazımdır.

Nardar BAYRAMLI



169 dəfə oxunub
 

1 2 3 4 5
 
(cəmi 0 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 “Aztelekom”da Xocalı soyqırımının qurbanları anılıb
 Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı anım tədbirləri keçirilib
 Niyə Rusiya həmsədr ola bilir, amma Türkiyə yox?
 Xocalı soyqırımının tanınmasında gənclərin rolu
 Xocalı faciəsi soyqırım kimi tanınsın
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb