Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
Mədəniyyət : Between arm`s of “Oscar”
Between arm`s of “Oscar”

Artıq 80 ildir ki, Amerika Kino Akademiyasının təsis etdiyi “Oscar” mükafatı bu sahədə çalışan insanların işini dəyərləndirir. Yubiley xarakterli “Oscar” mükafatının təqdimat mərasimi həftəsonu Los-Ancelesdə keçirilib. “Kodak” kinozalına reallaşan mərasimə dəvətli olan  iddiaçıların siyahısı artıq yanvar ayının 22-dən bəlli idi.

Qeyd edək ki, builki “Oscar” mükafatının təqdimatının baş tuta bilməsi bir müddət əvvəl sual altında idi. Mükafatlandırma ziyafətinin amerikalı ssenaristlər gildiyasının narazılığından dolayı təxirədüşmə ehtimalı var idi. Çünki, ötən ilin  noyabrından  gildiya seriallar və DVD formatda olan filmlərin satışından ayrılan müəllif gəlirlərinə artımlar  olmasını tələb edirdi. Ssenaristlərin tələbi qulaqardına vurulduğundan gildiya tətilə başladı. “Oscar”ın təşkilatçıları isə elan etdi ki, kinomükafatın təqdimat mərasimi ssenaristlər gildiyasının nümayəndələrinin iştirakı olmadan da gerçəkləşə bilər. Ötən ilin sonlarında isə “Oscar mövsümü”nə rəsmi olaraq start verildi.

Amerikalı komediya ustası Con Styuartın aparıcılığı ilə baş tutan təqdimat mərasimində səkkiz nominasiya üzrə iki film “Oscar” aldı. Bunlar “Neft” (There Will Be Blood) dramı və “Qocalara yer yoxdur” (No Country for Old Men) ekran əsərləri idi. Oskar 2008-də ən yaxşı film nominasiyası üzrə “Juno”, “Atonement”, “Maykl Cleyton”, “No Country for Old Men”, “There Will Be Blood” ekran əsərləri mübarizə aparırdı. “Oscar”a iddialı olan fimlər arasında rusiyalı rejissor Nikita Mixalkovun “12” adlı filmi olsa da, ekran işi əliboş qaldı.

Beləliklə, 2008-ci ilin “ən yaxşı kişi rolu”na görə aktyor Daniel Dey-Luis Oscara sahib oldu. Aktyor, rejissor Pol Tomas Andersonun ekranlaşdırdığı “Neft” filmindəki uğurlu roluna görə, bu mükafata layiq görüldü. Bu heykəl Danielin ikinci böyük mükafatıdır. Hələ 1989-cu ildə o, ilk britaniyalı aktyor kimi “Sol ayağım” (My left foot) filmindəki rolu ilə Amerika Kinoakademiyasının “ən yaxşı kişi rolu”na mükafat almışdı. Qeyd edək ki, eyniadlı nominasiya üzrə iki dəfə iddiaçılar sırasında onun adı hallanıb. Bu nominasiya uğrunda “Oscar-2008”də Daniel ilə Corc Kluni, Tomi Li Cons, Coni Dep və Viqo Mortensen kimi aktyorlar rəqabət aparırdı.

“Ən yaxşı qadın rolu” nominasiyası üzrə Oskar mükafatını  “Çəhrayı işıqlı həyat” (La Vie en Rose) filmindəki Edit Piaf roluna görə 33 yaşlı aktrisa Marion Kotillard qalib oldu. O ki qaldı “Ən yaxşı ikinci plan aktrisası” nominasiyasına, bu, “Maykl Kleyton” filmindəki rolu ilə 48 yaşlı aktrisa Tilda Svinton idi. “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında “Qocalara yer yoxdur” filmindəki oyununa görə Harver Bardem “Oscar”a layiq görüldü. Aktyor oyunu ilə paralel olaraq həm də ekran işinin müəllif və texniki işçiləri mükafatlandırmadan kənarda qalmadı. “Ən yaxşı vizual effektlər” nominasiyasında “Qızıl kompas” (The Golden Comrass) filmindəki effektlərə görə Maykl Fink, Bill Uystenxofer, Ben Moris və Trevor Vud seçilmişlər sırasına düşdü. “Ən yaxşı tammetrajlı animasiya filmi” isə “Ratatouille” seçildi. “Ən yaxşı qısametrajlı film” nominasiyasında “Oscar”a “Mosartın cibgir işləri” (Le Mozart des Pickrockets) ekran əsərinin yaradıcı kollektivi layiq görüldü. “Ən yaxşı qısametrajlı animasiya filmi” isə “Piter və Canavar” (Peter & the Wolf) oldu. Ən yaxşı qrim üçün “Oscar”ı “Çəhrayı işıqlı həyat” (La Vie en Rose) filmindəki xidmətləri ilə Dide Lavern və Yan Arçibald qazandı. “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyası üzrə isə “Şərti sahibkar”ın yaradıcıları qalib gəldi. Ən yaxşı sənətdi film isə “Qaranlıq tərəfə taksi” (Taxi to the Dark Side) filmi oldu. Oscar 2008-in “Ən yaxşı rəssam işi nominasiyası” üzrə “Flot küçəsinin iblis bərbəri” (The Demon Barber of Fleet Street) filmi ilə rəssam və dekorator Dante Ferretti və Françeska Lo Skyavo “Oscar” mükafatına layiq görüldülər. Filmdə ən yaxşı musiqi nominasiyasında isə “Bağışlanma” (Atonement) filmi ilə bəstəkar Dario Marianelli qalib gəldi. Ən orijinal ssenariyə görə mükafat “Cuno” filminin müəllifi Diablo Kodiyə çatdı. Bir çox nominasiyalar üzrə mükafatlar təqdim olunan Oscar-2008-in “Ən yaxşı geyim dizaynı” nominasiyasında isə “Elizabet: Qızıl əsr” (Elizabet: The Golden Age) filminin geyim üzrə rəssamı, modelyer Aleksandra Birn mükafatlandırıldı.

TURANƏ



124 dəfə oxunub
 

1 2 3 4 5
 
(cəmi 0 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 2006-cı ilin “Oskar”ları paylanıldı
 “Qızıl qılınc” sahiblərinə verildi
 “Hollivud” Bred Renfosuz qaldı
 “Odnajdı na Kafkaze” Azərbayçan səhnəsində
 Şahnaz Haşımova haqqında film çəkilir
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb