Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
İdman : Akrobatlar birinci, gimnastlar üçüncü olub
Akrobatlar birinci, gimnastlar üçüncü olub

Aliyə Qarayevanın iştirak edəcəyi Qran-pri seriyasının ilk mərhələsi keçiriləcək

Azərbaycan akrobatları Ukraynanın Vinnitsa şəhərində keçirilən “Buq üzərində ulduzlar-2008” beynəlxalq turnirin qalibləri olublar. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, yarışın finalında Rüstəm Nəcəfquliyev, Elnur Məmmədov, İlham Abbasov və Fərid Məmmədovdan ibarət kişi qrupu Rusiyanın əsas komandasını da geridə qoyaraq, yüksək səviyyədə çıxış edib.

Ayla Əhmədova-Dilarə Sultanovadan ibarət qadın cütlüyümüz də medalsız qalmayıb. Final çıxışından sonra duet bürünc mükafatlara layiq görülüb.

Ölkənin gimnastları da hesabat mövsümündə ilk medallarını qazanıblar. Azərbaycan komandası Estoniyada keçirilən “Miss Valentina” turnirində rəqiblərinə göstərdi ki, dünyada tanınan “Levski” klubunda keçən məşqlər hədər getmir. Qrupun məşqçisi Mariana Vasileva çoxnövçülük üzrə (31.73 xal) nəticədən-bürünc medallardan razı qalıb, xüsusən də nəzərə alsaq ki, ikinci yeri tutmuş Ukrayna komandası kollektivimizi cəmi 0.05 xalla qabaqlayıb. Birinci yerə Rusiya layiq görülüb.

Fərdi şəkildə çıxış etmiş gimnastlara gəlincə isə, 32 iştirakçı arasında Anna Qurbanova yekun nəticədə 62.98 xal toplayaraq, beşinci yeri, Zeynəb Cavadlı isə (56 xal) 13-cü yeri qazanıb. “Miss Valentina” adına layiq görülmək şərəfinə Ukraynadan mütləq dünya çempionu Anna Bessonova nail olub. Vitse-miss adına Ukraynanın digər gimnastı Natalya Qodunko, üçüncü yerə Estoniyalı İrina Kikkas, dördüncü yerə Aleksandra Yermakova (Rusiya) layiq görülüb.

Yeniyetmələrdən ibarət yarışda 42 iştirakçı arasında Nigar Əbdüsəlimova iplə 16-cı (21 xal), Səbinə Abbasova isə halqa ilə 19-cu olub (20.03).

Bu həftənin sonunda 1-2 mart tarixlərində Moskvada Aliyə Qarayevanın iştirak edəcəyi Qran-pri seriyasının ilk mərhələsi keçiriləcək. Ondan üç gün sonra isə Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 15-ci açıq Azərbaycan çempionatı başlanacaq. Gözlənilir, turnirdə aparıcı gimnastlarımızla yanaşı Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistanın idmançıları da çıxış edəcəklər.



138 dəfə oxunub
 

1 2 3 4 5
 
(cəmi 0 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 Anna Qurbanova İtaliyada üçüncü olub
 Dinarə Gimatova Estoniyada qızıl medal qazandı
 Aliyə Qarayevadan “bürünc halqa”
 Aliyənin bürüncü
 Gimnastlarımız Slovakiya turnirində iştirak edib
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb