Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
İdman : Elçin İsmayılov yığmadan kənarlaşdırılıb
Elçin İsmayılov yığmadan kənarlaşdırılıb

Azərbaycanın ən titullu cüdoçusu Elçin İsmayılov bu ilin avqustunda keçiriləcək XXIX Pekin Yay Olimpiya Oyunlarında iştirak etməyəcək. Buna 26 yaşlı cüdoçunun lisenziya xarakterli yarışlarda uğursuz çıxışı səbəb olub. O, son bir ayda Gürcüstan, Fransa, Avstriya və Almaniyada keçirilmiş Dünya Kuboklarında medal qazana bilməyib.

Nəticədə aktivindəki lisenziya xallarını artıra bilməyən E.İsmayılov reytinq cədvəlində 27-ci pilləyə enib. Digər təmsilçimiz Ramil Qasımov (66 kq) isə 90 xalla 8-ci yerdə qərarlaşdığından bu çəkidə məhz onun olimpiadaya yollanmaq şansı böyükdür. E.İsmayılov ötən həftə Hamburq şəhərində təşkil edilmiş super kateqoriyalı Dünya Kubokunda uğursuzluğa düçar olduğundan praktiki olaraq, lisenziya qazanmaq şansını itirib. Nəticədə yığmanın məşqçilər korpusu dördqat Avropa çempionunu Hamburqdan Bakıya yola salıb. E.İsmayılovun dördgünlük beynəlxalq təlim-məşq toplanışında və həftə sonu Çexiyanın paytaxtı Praqada keçiriləcək Dünya Kubokunda iştirakı məqsədəuyğun sayılmayıb. Dünya Kubokundan başqa, qarşıda lisenziya xarakterli yalnız bir yarış - Avropa çempionatı (11-13 aprel, Portuqaliya) var. E.İsmayılov Çexiyada uğur qazansaydı belə, reytinq cədvəlində R.Qasımova çata bilməyəcəkdi və qitə birinciliyinə aparılmayacaqdı. Çünki Avropa çempionatında ölkəmizin şərəfini hər çəkidə bir cüdoçu qoruyacaq. Turnirdə 66 kq çəki dərəcəsində E.İsmayılov deyil, R.Qasımovun güləşəcəyi isə heç bir şübhə doğurmur.

Qeyd edək ki, indiyədək E.İsmayılov iki dəfə olimpiadada qüvvəsini sınayıb. Sidney və Afina Yay Olimpiya Oyunlarına qatılmış həmyerlimiz hər iki cəhddə mükafat qazana bilməyib.



126 dəfə oxunub
 

1 2 3 4 5
 
(cəmi 0 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 Cüdoçularımız Olimpiadaya lisenziya balı qazana bilər
 Cüdoçular qızıl və bürünc medal qazanıblar
 Elçin İsmayılov Avropa Çempionatına aparılmayacaq
 Taekvondoçumuz Pekin Olimpiadasına lisenziya qazandı
 Pekinə ən yaxşılar gedəcək
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb