Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
Təfsilat : Vətəndaşların siyasi hüquqlarına həsr olunmuş tədbir keçiriləcək
Vətəndaşların siyasi hüquqlarına həsr olunmuş tədbir keçiriləcək

Fevralın 28-də Avrasiya Hüquqşünaslar Assosiasiyası və ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) təşkilatçılığı ilə vətəndaşların siyasi hüquqları və siyasi partiyalar haqqında qanunvericiliyin təkmilləşdirilməsi məsələlərinə həsr olunmuş geniş tədbir keçiriləcək. Tədbir ABŞ-ın Azərbaycandakı səfirliyinin kiçik qrantlar proqramı çərçivəsində maliyyələşdirilir və Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən həyata keçirilir. ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu isə bu prosesdə könüllü iştirak etməklə yanaşı, tədbirin keçirilməsində Avrasiya Hüquqşünaslar Assosiasiyası ilə əməkdaşlıq edəcək.

Qeyd edək ki, tədbirdə Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədri Nadir Adilov və İRİ-nin ölkə üzrə direktoru Jake Jones açılış nitqi ilə çıxış edəcəklər. Daha sonra qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim olunmuş “Siyasi partiyalar haqqında” Qanun layihəsi Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri, hüquqşünas Fazil Qəzənfəroğlu tərəfindən iştirakçıların nəzərinə çatdırılacaq. Tədbirə dəvət olunmuş müxtəlif iqtidar və müxalifətyönümlü siyasi partiya sədrlərinin, deputatların, QNT, həmçinin, beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə geniş müzakirələr keçiriləcək. Tədbirin nəticəsi olaraq qeyd edilən təkliflər qanunun təkmilləşdirilməsi  məqsədilə Milli Məclisə göndəriləcək. Tədbirdən sonra siyasi partiyalar haqqında qanunvericiliyin təkmilləşdirilməsi sahəsində ictimai məlumatlandırma  məqsədilə bir sıra KİV-də xüsusi buraxılışlar dərc olunacaq. Bu prosesdə də Avrasiya Hüquqşünaslar Assosiasiyası ABŞ-ın Respublikaçılar İnstitutu ilə sıx əməkdaşlıq edəcək.

Z.AĞAQIZI



149 dəfə oxunub
 

1 2 3 4 5
 
(cəmi 0 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 NATO-ya inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir
 Altı ayda 200 qurban
 Ötən il 48 hakim çəzalandırılıb
 “Qloballaşma və mədəniyyətlərin dialoqu”
 İnsan alveri müasir quldarlığın bir növüdür
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb