Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
Dünya : Türk silahlı qüvvələri İraqın daxilinə yol alır
Türk silahlı qüvvələri İraqın daxilinə yol alır

ABŞ-ın Ankaradakı səfiri əməliyyatla bağlı məlumatlandırılıb

Türk silahlı qüvvələrinin quru qoşunlarının Şimali İraqda PKK terror təşkilatına qarşı əməliyyatı davam edir. Zap, Haftanin, Metina ərazilərinə daxil olan türk desant qüvvələri və jandarma-komanda qüvvələri 25 kilometrlik çevrəni nəzarət altına alıb. PKK düşərgələrinə istiqamətlənmiş quru əməliyyatı Şimali İraqın daxilinə doğru irəliləyir. Ulu dərə, Çukurca, Şəmdinli bölgələrində yerləşən PKK düşərgələrini nəzarət altına alan türk silahlı qüvvələri Zap ərazisində irəliləməkdə davam edir. Əməliyyatın Amediyaya qədər yayılacağı bildirilir.

Zap bölgəsində hərbi vertolyotlar vasitəsilə endirilən desant qüvvələri terroristlərin keçid ərazisində quraşdırdığı 12 partlayıcı bombanı məhv edib. Bundan başqa, 9 bomba tələsi də zərərsizləşdirilib. Amediya qəsəbəsində baş verən silahlı qarşıdurmada isə türk silahlı qüvvələri 3 şəhid verib. Bəstlər dərəsi və Cudi dağı ərazilərində yerləşən desant qüvvələri isə İraqın daxilinə doğru genişlənir. Komandalar PKK-nın Qəndildən sonra ən önəmli nöqtəsi sayılan Zapın mərkəzinə 2 kilometr də yaxınlaşıb. Dörd tərəfdən mühasirə olunan Zap və Haftani düşərgələrindən qaçmağa çalışan terroristlər Çemço vadisində ələ keçirilib. Atışma zamanı Çemço təpəsi və vadisində yerləşən təşkilatın 3 təyyarə düşərgəsi də zərərsizləşdirilib. PKK-nın İraqın şimalındakı kürd qruplarından yardım istədiyi xəbəri yayılıb. Baş qərargah idarəsinin məlumatına görə, 30 hədəf hava qüvvələri tərəfindən məhv edilib. Əməliyyatın dördüncü günündə 41 terrorist zərərsiz hala gətirilib. Beləliklə, zərərsizləşdirilən terrorstlərin sayı 153-ə yüksəlib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Baş Qərargah İdarəsindən son məlumatları aldığı bildirilir. Məlumatların Baş nazirə ötürülməsinin ardından ABŞ-ın Türkiyədəki səfiri Ross Vilson Nazirlər Kabinetinin binasına gəlib. Səfir Vilson Ərdoğanın xarici siyasət müşaviri Əhməd Davudoğlu ilə görüşüb. Görüş 45 dəqiqə sürüb.

PKK-ya qarşı anti-terror əməliyyatları isə davam etməkdədir. Baş Qərargah İdarəsinin rəhbəri Yaşar Böyükanıt mətbuata verdiyi açıqlamada Türkiyənin müstəqilliyinə və suverenliyinə, o cümlədən, dövlətin bütövlüyünə təhlükə yaradan separatçı terroristlərlə sona qədər mübarizə aparılacağını bildirib.

PƏRVİZ



176 dəfə oxunub
 

1 2 3 4 5
 
Rating: 5.00Rating: 5.00Rating: 5.00Rating: 5.00Rating: 5.00 (cəmi 2 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 Son bir ildə 838 PKK terrorçusu zərərsizləşdirilib
 Türkiyə Şimali İraqa girdi
 Türkiyə Silahlı Qüvvələrinin bölmələri İraqın şimalına daxil olub
 Şimali İraqda ən böyük qarşıdurma yaşanıb
 Türkiyə İraqın şimalında quru əməliyyatı keçirə bilər
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb