|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
Dünya : Ermənistanda hakimiyyət komandası parçalandı | |||||||||||||||||||||
İqtisadi İnkişaf və Ticarət Nazirliyinin 3 vəzifəli məmuru da seçkilərin saxtalaşdırılmasına etiraz olaraq Levon Ter-Petrosyanın tərəfinə keçib Serj Sarkisyan tərəfdarları isə həbslərə bəraət qazandırmaq və saxta qələbəni qorumaq üçün paytaxt meydanlarında mitinq keçirməyə başlayıb Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələrini tanımayan və buna etiraz olaraq günlərdir mitinq aksiyaları təşkil edən keçmiş prezident Levon Ter-Petrosyan tərəfdarlarının sıraları getdikcə genişlənir. Bir sıra dövlət rəsmilərin aksiyaçılara qoşulması və keçmiş komanda yoldaşlarından ayrılması barədə məlumat vermişdik. Son olaraq isə İqtisadi İnkişaf və Ticarət Nazirliyinin 3 yüksək vəzifəli məmuru müxalifətin tərəfinə keçib. Bunlar nazirliyin Avropa Birliyi və Ümumdünya Ticarət Təşkilatı ilə əməkdaşlıq idarəsinin rəisi Vahan Qazaryan, dövlətlərarası və beynəlxalq təşkilatlarla əməkdaşlıq idarəsinin rəisi Zöhrab Ovannesyan və qızıl emalı və zərgərlik işi üzrə agentliyin eksperti Arman Saruxanyandır. Bu arada artıq Petrosyanın rəhbərliyi ilə xalq hərakatının üzvləri prezident seçkilərini qanunsuz elan etmək tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət ediblər. Bu mövzuda daha bir müraciət isə Mərkəzi Seçki Komissiyasına ünvanlanıb. Sənəddə bildirilir ki, bütün seçkiqabağı dövrdə və seçki günü MSK nəinki kütləvi saxtalaşdırma və pozuntuların qarşısını alıb, əksinə bunların baş verməsinə şərait yaradıb. Seçki günü MSK pozuntular, müxalifətin vəkillərinin döyülməsi, seçki komissiyalarının üzvləri və seçicilərin hədələnməsi, eləcə də seçki qutularına bülletenlərin atılması ilə bağlı 300-dən artıq şikayət və bəyanata heç bir reaksiya verməyib. Müraciətdə bəzi seçki məntəqələrində səslərin yenidən hesablanmasında saxtakarlığa yol verildiyi və vaxtın qəsdən uzadıldığı vurğulanıb. Maraqlı bir məqam da onunla bağlıdır ki, uzun müddətdir hadisələrə heç bir münasibət bildirməyən erməni diaspor təşkilatları da artıq açıq mövqe ortaya qoyublar. ABŞ-dakı erməni təşkilatları etiraz mitinqi keçirərək, ABŞ hökumətindən Ermənistanda keçirilmiş seçkilərin nəticələrini tanımamağı tələb ediblər. Hakimiyyət komandasının üzvləri də istefalar qarşısında susqunluğunu pozub. Xarici işlər naziri Vardan Oskanyan bildirib ki, müxalifəti dəstəkləyən altı yüksək rütbəli əməkdaşı işdən azad ediləcək. O qeyd edib ki, Levon Ter-Petrosyanı dəstəkləyən diplomatlar “Diplomatik fəaliyyət haqqında” qanunu pozublar. “Onlar qanunu pozduqlarına görə mənim əmrimlə işdən çıxarılacaqlar” - deyən Oskanyan iddia edib ki, müxalifət hərəkatını müdafiə etmiş səfirlər vəzifədə olduqları müddətdə belə bir addım atmamalıydılar. XİN başçısı əlavə edib ki, prezidentin fərmanı ilə işdən azad edilmiş səfirlər Ermənistanı “quldur ölkə”, prezidenti isə “quldur ölkənin başçısı” adlandıran şəxsin rəhbərlik etdiyi hərəkata qoşulublar. Oskanyan qeyd edib ki, vəzifədən çıxarılmış diplomatlar əvvəlki hakimiyyətlə sıx əlaqədə olub, müxtəlif vəzifələr tutub və keçmiş hakimiyyət nümayəndələri ilə qohumluq əlaqələrinə malikdirlər. İşdən azad edilənlər Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbəri, eləcə də nazirliyin idarə rəisləridir. Hüquq - mühafizə orqanları isə Ter-Petrosyanın tərəfdarlarının həbsini davam etdirir. Dünən Gorus şəhərinin sabiq meri Samvel Artuyunyan, “Vətən və ləqayət” Partiyasının lideri Qarnik Markaryan və L. Ter-Petrosyanın Eqvard şəhərindəki seçki qərargahının rəhbəri Vaçik Simonyan həbs olunublar. L. Ter-Petrosyanın Mərkəzi Seçki Qərargahının mətbuat katibi Arman Musinyan bildirib ki, hakimiyyət dövlət idarəetmə aparatı nümayəndələrinin tədricən xalq hərəkatına qoşulduğunu görür: “Onlar dərk edirlər ki, bir-iki həftədən sonra dövlət maşınının yarısı bizim tərəfimizdə olacaq. Ona görə də Levon Ter-Petrosyanın başçılıq etdiyi xalq hərəkatının rəhbərləri kütləvi şəkildə həbs edilir. Bununla da hakimiyyət hərəkatı başsız qoymaq istiqamətində uğursuz cəhdlər göstərir”. Serj Sarkisyan isə həbslərə bəraət qazandırmaq və saxta qələbəsini qorumaq üçün tərəfdarlarını mitinq keçirməyə çağırıb. İlk belə aksiya da dünən reallaşıb. Yerevanın “Respublika” meydanında seçkilərin qalibi elan edilmiş baş nazir Serj Sərkisyanın tərəfdarlarının mitinqi başlayıb. Mitinqdə çıxış edən baş nazir tərəfdarlarını müxalifətin təxribatlarına uymamağa çağırıb. Mərkəzi Seçki Komissiyasının qərarı ilə Ermənistanın yeni seçilmiş prezidenti elan olunan baş nazir paytaxtın “Azadlıq” meydanında fasiləsiz kütləvi aksiyalar keçirən müxalifət tərəfdarlarının onların qardaş və bacıları olduğunu bildirib. “Mən bilirəm ki, sizlərin bir çoxu küçlərə çıxıb öz səsini qorumaq istəyir. Ancaq biz başqa bir meydanda toplaşan qardaş və bacılarımızın əleyhinə çıxmalı deyilik” - deyə Sarkisyan bəyan edib. O, bəzilərinin demokratiyanı qiymətləndirə bilmədiklərini və çoxluğun seçiminə hörmətlə yanaşmağa alışmadığını deyib. Bununla belə, yeni prezident ölkədə sabitliyin pozulmasına imkan verilməyəcəyini də bəyan edib. O deyib ki, xüsusilə də paytaxtda normal həyatın və vətəndaşların hüquqlarının pozulmasına imkan verilməyəcək. AQŞİN 165 dəfə oxunub | |||||||||||||||||||||
|
| |||||||||||||||||||||
| |||||||||||||||||||||