Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
İqtisadiyyat : Avropa Bankı yeni hesabatını açıqladı
Avropa Bankı yeni hesabatını açıqladı

Erik Berqlöf: Avropada böhran meyilləri dərinləşsə də Azərbaycan inkişaf edərək dünyada liderliyini qoruyub

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) keçid dövrünü yaşayan dövlətlərin iqtisadi vəziyyəti ilə bağlı hesabatını açıqlayıb. Dünən keçirilən təqdimat mərasimində Avropa Bankının baş iqtisadçısı Erik Berqlöf hesabatda əksini tapan makroiqtisadi göstəricilər və sənəddə yer alan ölkələrin həyata keçirdiyi iqtisadi, sosial və idarəetmə sahəsindəki islahatlar barədə fikirlərini bildirib. E.Berqlöf 2007-ci il üzrə makroiqtisadi vəziyyətin təhlilinə yer ayırarkən inkişaf dinamikasına görə Azərbaycanın Avropa miqyasında lider dövlət olduğunu xatırladıb.

AYİB-in baş iqtisadçısı bildirib ki, 2007-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artım tempi 26 faiz təşkil edib ki, bu da ümumilikdə Avropa iqtisadiyyatının inkişaf göstəricisindən 3 dəfə artıqdır. Ötən il Avropa dövlətlərinin iqtisadi inkişaf dinamikası üzrə orta göstəricisi 7 faizə bərabər olub. Halbuki, Azərbaycan bu göstəricidən 4 dəfə yüksək inkişaf tempinə malikdir. E.Berqlöf ötən il inkişaf tempinə görə Macarıstan, Latviya, Polşa, Çexiya, Rusiya, Slovakiya, Fransa və digər dövlətlərin 10 faizi keçmədiyini vurğulayıb. Azərbaycanda digər sahələrdə - investisiya qoyuluşu, daxili sərmayələrin həcminin artması, infrastruktur və kommunikasiya layihələrinə kapital yönəldilməsi kimi bölmələrdə inkişafın da yüksək olmasını təqdir edib. Avropa Bankının baş iqtisadçısı bildirib ki, son 4 ildə Azərbaycanda strateji valyuta ehtiyatları 4,4 dəfə artıb ki, bu da Mərkəzi Avropanın bir çox ölkələrinin göstəricisindən yüksəkdir. Milli Bankın pozitiv irəliləyişlərə nail olması bank bazarında funksional və idarəetmə siyasətinin səmərəliliyindən xəbər verir. İnflyasiyanın artmasının müqabilində mərkəzi bank düşünülmüş monetar siyasət yürütməklə valyuta bazarını gərginlikdən xilas edə bilib. Nəticədə Azərbaycanın milli valyutası dönərli valyuta ilə müqayisədə bir qədər də möhkəmlənib. Bir manat hazırda 1,20 dollara satılır.

Erik Berqlöf bildirib ki, keçid dövrü ölkələrinin ümumi iqtisadi mənzərəsinin təhlili bütün dövlətlərin ötən il dünyada baş verən qloballaşma və böhran meyillərinin təsirinə məruz qalmasını göstərir. Amma iş ondadır ki, dünya bazarında baş verən tendensiyalar Azərbaycanın maliyyə bazarına o qədər də ciddi müdaxilə etməyib. Azərbaycan dünyadakı böhran meyillərindən yan keçməyə müvəffəq olub. Bunun nəticəsidir ki, daxili maliyyə bazarı sabit qorunub saxlanılıb. Doğrudur, Azərbaycanda inflyasiya nəzərdə tutulan həddən yuxarı olub və bu, istehlak bazarında bir sıra problemlərlə müşayiət olunub. Amma hökumətin çevik monetar siyasəti maliyyə sabitliyinin tənzimlənməsinə əlverişli baza yaradıb. E.Berqlöf Azərbaycanla inkişaf dinamikasına görə müqayisə oluna biləcək MDB ölkəsi Qazaxıstanın müqayisəsini apararkən bu dövlətdə inflyasiyanın birrəqəmli olmasına baxmayaraq, maliyyə bazarında bəzi neqativ halların müşahidə olunmasına diqqət çəkib. Belə ki, Qazaxıstanda xarici maliyyə və bank təşkilatlarının passiv rolu bu ölkənin tamamilə daxili maliyyə qurumlarının təsiri altına düşməsinə gətirib çıxarıb. Nəticədə bu ölkədə kredit dərəcələri kəskin şəkildə yüksəlib və iqtisadi sahəyə təsir edib. Xüsusilə də tikinti şirkətləri kredit faizlərinin yüksək olması ucbatından ciddi problemlərlə üzləşib.

Avropa Bankının baş iqtisadçısı Erik Berqlöf iqtisadi islahatlara toxunarkən Azərbaycanda bu istiqamətdə son illər əhəmiyyətli dərəcədə pozitiv dəyişikliklərin müşahidə olunduğunu söyləyib. Bununla yanaşı, iqtisadçı həlli vacib olan bir sıra sahələrdə islahatların miqyasının artmasının hesabatda yer almasına da diqqət çəkib. Xüsusilə də səhiyyə və təhsil sistemində xidmət səviyyəsinin yüksəldilməsinə ehtiyac duyulur. Avropa Bankının ekspertlərinin təhlillərinə əsasən, əhali qeyri-ərzaq xərclərinin 60 faizdən çoxunu təhsil və səhiyyəyə yönəldir, amma bu sahədə əhəmiyyətli dəyişikliklər baş vermir. E.Berqlöf hesab edir ki, hökumət infrastruktur sahələrinə cəlb etdiyi vəsait qədər səhiyyəyə sərmayə yatırmalıdır. Bu, son nəticədə xidmətin keyfiyyətinin xeyli yaxşılaşmasına gətirib çıxaracaq. Bankın baş iqtisadçısı enerji və kommunal sektorda da xidmətlərin keyfiyyətinin yüksəldilməsini zəruri hesab edir. Onun qənaətinə görə, kommunal sektorda son illərdə aparılan islahatlar mühüm fayda verib, bununla yanaşı, bu sahədə xidmətin səviyyəsi də yaddan çıxmamalıdır. Avropa Bankı ümumilikdə keçid dövrünü yaşayan ölkələrdə bu problemin xarakterik olduğunu bildirir.

Elbrus CƏFƏRLİ



172 dəfə oxunub
 

1 2 3 4 5
 
(cəmi 0 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 Asiya Bankı Azərbaycana aid proqnozunu açıqladı
 Azərbaycan regionun lider dövlətidir
 2008-ci ilin büdcəsi bütün sahələrdə maaşların artırılmasına imkan verir
 Əsas hədəf inflyasiyanın səviyyəsinin aşağı salınmasıdır
 Gələn ilin büdcə layihəsi hazırlanır
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb