Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
Siyasət : Ermənistan yenidən işğalçı qismində tanınacaq
Ermənistan yenidən işğalçı qismində tanınacaq

Dağlıq Qarabağ məsələsi BMT-nin Təhlükəsizlik Şurasına qayıdır

Azərbaycanın işğal edilmiş ərazilərindəki durum BMT-nin Baş Assambleyasının 63-cü ssesiyasında müzakirəyə çıxarılacaq. Bu haqda mətbuata açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib. Onun sözlərinə görə, artıq qurumda Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamə layihəsi yayılıb. Sənəddə işğal olunmuş ərazilərin boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, eləcə də ATƏT-in faktaraşdırma missiyasının məruzəsi, ekoloji məruzə barədə məlumatlar öz əksini tapıb.

Millət vəkili, politoloq Aydın Mirzəzadə isə Azərbaycanın bu qətnamə ilə BMT-yə ərazi bütövlüyünün təsdiqi ilə bağlı yenidən müraciət etdiyini önə çəkdi. Onun fikrincə, edilən müraciət müzakirəyə qoyulmalıdır: “Azərbaycan bu addımla Dağlıq Qarabağ məsələsinin həllində BMT-nin də rolunu artırmaq fikrindədir. İndiyə qədər BMT-nin bütün sənədlərində Azərbaycanın ərazi bütövlüyü tanınıb. Digər tərəfdən, Ermənistan silahlı qüvvələrinin də Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələbi irəli sürülüb. Azərbaycan tərəfi hesab edir ki, indiki dövrdə işğal olunmuş ərazilər məsələsinə yenidən qayıdılmalıdır. BMT bir beynəlxalq  tribunadır və bu tribunadan davamlı şəkildə Azərbaycanın torpaqlarının işğalının yolverilməzliyi səsləndirilməlidir. O cümlədən, Ermənistan da bu qurumun üzvü kimi məsuliyyətə cəlb edilməlidir. Çünki Ermənistan Azərbaycan torpaqlarının işğaldan azad edilməsini boynuna götürmür. Belə olan halda da Azərbaycan beynəlxalq  ictimaiyyətin diqqətini yenidən problemin həllinə yönəldir. Məsələnin ciddi müzakirə ediləcəyi və Azərbaycanı müdafiə edən ölkələrin çoxluğu gözlənilir”.

Edilən müraciət bir sıra politoloqlar tərəfindən Azərbaycanın öz torpaqlarını işğaldan hərbi yolla azad etmək üçün hüquqi akt əldə etmək cəhdi kimi qiymətləndirilir. A.Mirzəzadə isə bu qətnamə olmadan belə ölkəmizin hərbi yola əl ata biləcəyini qeyd edir: “Azərbaycanın BMT üzvü kimi öz torpaqlarını işğaldan azad etmək hüququ var. Digər təşkilatlarda üzvlük də bu hüququ Azərbaycanın əlindən almır. Məsələn, AŞ-yə üzv olarkən hər iki tərəf məsələnini sülh yolu ilə həll edilməsi ilə bağlı öhdəlik götürüb. Amma keçən müddətdə Ermənistan sülh danışıqları məsələsində konstruktiv addım atmır, dolayısı ilə öhdəliyi yerinə yetirmir. Azərbaycan isə bu əsasla müvafiq addım ata bilər”.

Politoloq Rasim Musabəyov ilk növbədə məsələnin yenidən BMT-nin Təhlükəsizlik Şurasına transfer olunacağını qeyd etdi: “Bir zamanlar bu məsələ müzakirə olunmuşdu və ATƏT-in faktaraşdırıcı missiyası bölgəyə səfər etdi. Bu məsələ olduqca önəmlidir. O baxımdan ki, bu gün işğal altında olan Dağlıq Qarabağ ərazlərinə erməni ailələrinin köçürülməsi məsələsi gündəmdədir. Digər tərəfdən, ermənilər Azərbaycan ərazilərinə ekoloji cəhətdən də xeyli ziyan vurublar. Bununla yanaşı işğal altında olan ərazilərdə insanların mülklərinə, maddi varidatına qarşı bir xeyli ziyan vurulub, bütün bunların BMT kimi nüfuzlu bir qurumun tribunasından səslənməsi Azərbaycan üçün diplomatik üstünlük təşkil etmiş olar”.

Məsələnin son günlər daha çox müzakirə olunan PKK problemi ilə əlaqədar olmadığını düşünən R.Musabəyov terrorçu təşkilatın Şimali İraqdan Dağlıq Qarabağa gəlməsini də inandırıcı saymır: “Diqqət etsək görərik ki, terrorçular Dağlıq Qarabağ ərazilərinə İran sərhəddindən gəlməlidir, amma bu gün İran özü Türkiyə ilə çiyin-çiyinə PKK-ya qarşı mübarizə aparır. Əgər söhbət bir neçə təşkilat rəhbərindən gedirsə, onları həmin ərazidə faktaraşdırıcı missiyadan gizlətmək də mümkündür. İnanmıram ki, PKK məsələsi, ümumiyyətlə söylənildiyi qədər inandırıcı olsun”.

ATƏT-in münaqişənin nizamlanması istiqamətində fəaliyyətini tam qənaətbəxş saymayan politoloq məsələnin yenidən BMT-yə qaytarılmasının səbəbini bu istiqamətdə izah etdi: “Yəqin ki, artıq ATƏT-in bu istiqamətdə effektiv addımlar ata bilmədiyi aydın göründü. Elə bu səbəbdən də məsələ yenidən BMT Təhlükəsizlik Şurasına çıxarılacaq. Çox güman ki, qətnamənin müzakirəsi zamanı ortaya çıxan bir çox detallar Azərbaycanın xeyrinə işləyəcək dəyişikliklərə gətirib çıxaracaq”.

Pərviz SADAYOĞLU



226 dəfə oxunub
 

1 2 3 4 5
 
Rating: 4.00Rating: 4.00Rating: 4.00Rating: 4.00 (cəmi 6 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 Türkiyə PKK-nın izi ilə Ermənistana girə bilər?
 BMT İnsan Hüquqları Şurası ilk qərarını verdi
 Qarabağ münaqişəsi BMT Baş Assambleyasının gündəliyinə salınıb
 Rəsmi İrəvan özünü ifşa edir
 Ermənistan O`Haranın səfərinə əngəl oldu
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb