Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
Müsahibələr : Təbrizdən Savalana...
Təbrizdən Savalana...

Cavid Təbrizli: Bakıda konsert vermək arzumun reallaşacağı günü gözləyirəm

O, Təbrizdə dünyaya gəlib. İndi dünya azərbaycanlılarına qonaq gedəndə o müqəddəs yurdun adını ərməğan aparır: Oxuyur Cavid Təbrizli. Təbrizin küçələri dolambadolam... O küçələr ki, uşaqkən ayaqdan salardılar, yorulana qədər gəzərdilər. Dünyanın ən gözəl şəhəri Təbriz. Hələ də bütün azərbaycanlıların ürəyində paytaxt kimi dikələn məkan. Onun Azərbaycandan daha bir yadigarı var-Savalan. Övladının adını belə qoyub ki, Savalan kimi uzunömürlü, əzəmətli olsun.

- Mədəniyyət sahəsində ilk ali təhsilimi də orada almışam. Təbriz İncəsənət Universitetinin məzunuyam. Şah zamanında fəaliyyət göstərən həmin ali təhsil ocağı İslam inqilabının qələbəsindən sonra bağlandı. Hələ 15 yaşım olandan Təbriz radiosunda solist kimi çalışırdım. Dini mahnılardan başqa bütün musiqi yasaqlanandan sonra Türkiyəyə köçdüm. Bir ilə yaxın da orada mühacir həyatı yaşadım. Turqut Özalın ilk prezident seçkiləri zamanı “Sizə salam gətirmişəm”  mahnısının sözlərində bir qədər dəyişiklik edib “Turqut Özaldan sizə salam gətirmişəm” şəklində oxudum. Bütün kampaniya ərzində həmin mahnı ilə Turqut bəyi müşayiət etdim. Seçki zamanı 2 milyon 500 kaset yazdırdıq və təbliğat vasitəsi kimi istifadə etdik. Bu tanışlıq Turqut Özalın mənə vətəndaşlıq verilməsinə göstərişi ilə nəticələndi.

- Türk və Azərbaycan xalq çalğı alətləri fərqlidir. İfalarınızda problem yaranmır ki?

 - Özümün Azərbaycan xalq çalğı alətlərindən ibarət ansamblım var. Həmin ansamblda hər iki Azərbaycandan olan mahir sənətkarlar çalışır. Təbii ki, hər mahnı özünün milli alətində ifa olunanda ideal variant alınır. Yəni Azərbaycan mahnısını türk xalq çalğı alətlərində və ya əksinə ifa edəndə ilkinlik pozulur, onu qoruyub saxlamaq çətin olur. Amma əminliklə deyə bilərəm ki, mahnılarımız çox mükəmməl işlənib lentə köçürülür. 

- Repertuarınız necə?

- Təbii ki, bizim xalq mahınları və bəstəkar nəğmələri çoxluq təşkil edir. Bakıda fəaliyyət göstərən bəstəkarların əsərlərini onlardan izn alıb siyahıya daxil edirəm. Ən son olaraq yarım il əvvəl Türkiyə Mədəniyyət Nazirliyinin izni ilə bir albom buraxdım. Bizim mahnılardan ibarət. Vətəndaş olduğum ildən bu vaxta qədər 120 Azərbaycan mahnısı mənim ifamda alboma yazılıb. Türk telekanallarında dəvət aldığım verilişlərdə həmişə Azərbaycan mahnıları oxuyuram.

- Türklərin bizim mahnılara marağı böyükdür. Amma nədənsə onların podiumuna yol tapan, məşhurlaşan mahnılarımız əksər hallarda anonim təqdim olunur.

- Azərbaycanın bir çox xalq və bəstəkar mahnıları var ki, Türkiyədə çox populyardı. Məsələn, “Bu qala daşlı qala”, “Ala gözlüm”. Həmin o populyar olan mahnıların bəzən Azərbaycanda da müəllifi bilinmir. “Bu qala daşlı qala” mahnısının müəllifini hər gəlişimdə öyrənməyə çalışsam da bacarmamışam. Bir çox mahnılar var ki, burada da xalq mahnısı kimi oxunub. Amma təsadüfən müəllifin adını eşitmişəm. Bununla belə müəllifini bildiyim bütün mahnıları ifa edərkən onun adını hökmən çəkirəm. Türk həmkarlarımdan da xahiş edirəm ki, albom buraxarkən müəlliflər qeyd edilsin. Əli Səliminin “Ayrılıq” mahnısı tək Türkiyədə yox, elə Azərbaycanın özündə də anonim oxunurdu. Mən Türkiyəyə köçəndən sonra rəhmətlik Zəki Mürenlə görüşdüm və onun ifa etdiyi mahnının müəllifinin mənim xocam olduğunu söylədim. Mahnının notunu da ona təqdim etdim. Və məhz bundan sonra Zəki Müren öz albomlarında bu müəllifin də adını qeyd etməyə başladı. “Ala gözlüm” mahnısı Emin Sabitoğlunundur. Həmkarlarımla bir araya düşəndə bunu hökmən vurğulayıram. Bəstəkarın sərmayəsi nə ola bilir? Təbii ki, onun mahnısı. Niyə kiminsə sərmayəsini ört-basdır edək? Bəzən tanımazlıqdan gəlir bu hal. Amma çox vaxt həmin müəllifə para ödəmək lazım olduğundan müğənnilər bu yolu seçirlər. Zatən Türkiyədə mahnılara çox böyük məbləğ ödənir.

- Türkiyədə ən çox şöhrət qazanan mahnınız hansıdır?

- “Neylərsən” mahnısı orada çox populyardı. Vaxtilə İlhamə Quliyevanın ifasında hitə çevrilən bu mahnının müəllifi Nuridə Atəşi ilə Berlin səfərində görüşdük və mahnımı ifa etməyi rica etdi. Türkiyəyə qayıdandan sonra bu mahnını ifa etdim və dinləyicilərim tərəfindən çox sevildi.

- Türkiyə şou-biznesində də toy problemi varmı?

- Əslində toy mənsub olduğun cəmiyyətin sənə verdiyi dəyərdir. Amma bunu tam aksioma kimi də qavramaq düzgün deyil. Opera partiyaları ifa edən sənətkar şedevr kimi qiymətləndirilə bilər, amma onu heç kim toya dəvət etməz. Bu o demək deyil ki, həmin müğənni sevilmir. Sadəcə, toy həm də biznes yeridir. Ona görə də toya dəvətli olan gedir. Toy da xalqın ünsiyyət vasitəsidir. Bir sənətçi xalqdan nə qədər uzaq gəzə bilər?

- Siz toya gedirsiniz?

- Əsasən Kars və İqdır vilayətlərində. Özünüz də bilirsiniz ki, onların əksəriyyəti Azəri kökənlidir. Yəni bütün adətləri bizimkilərlə eynidir. Təkcə toy şənliklərinə yox, həm də digər bayram toplantılarına  dəvət edirlər. Və bizim musiqiyə onların çox böyük marağını duyuram hər zaman.

- Maraqlıdır, qiymətlər necədir?

- Mən düzünü deyim ki, burada da toylara dəvətlərim olur, dost-tanış məclislərində oxuyuram. Amma müqayisə etməmişəm. Çünki hər bir cəmiyyətin özünə görə qiymətləri, xərci və borcları var. Amma bu sual konkret mənə aiddirsə, necə deyərlər, damara görə qan alırıq. Bəzən elə olur ki, öz cibimizdən pul verib gedirik o toya.

-Eynən bizim mənzərə.

-Təbii. Bir millət, eyni adət-ənənə, eyni təfəkkür. Təsəvvür edin ki, sərhədlər açılmayana qədər türklər Novruz bayramı haqqında heç nə bilmirdilər. Amma millət qaynayıb-qarışandan sonra azərbaycanlı dərnəklərinin əvvəl xırda bir toplumda, daha sonra bir az böyük çevrədə qeyd etdikləri bayramı görəndə başladılar yerli əhali səviyyəsində onlar da qatılmağa. Amma mənim fikrimcə bu bayram artıq dövlət səviyyəsində qeyd ediləcək. Əslində bu, bəlkə də çoxdan olmalı idi. Amma nəzərə alın ki, Türkiyə çox çalxalanan bir ölkədir. Novruzun ilk gəlişlərindən araya siyasi motivlər düşdü. PKK-çılar həmin günlər partlayışlar törətdilər, terror aktları həyata keçirdilər. Bu, ya Novruzu mənimsəmək, ya da onu millətin gözündə qorxulu bir gün kimi qələmə vermək cəhdi idi. Təsəvvür edin ki, Novruz bayramı günü kütləvi şənlik təşkil olunub. Kimsə küçədə bir avtomobili aşırıb yandırır. Şükür ki, hər şey arxada qalıb.  Artıq şəhər bələdiyyə başqanları büdcədən pul ayırırlar ki, bayramı yüksək səviyyədə qeyd etsinlər.

- Artıq Türkiyə bizim üçün yad ölkələr sırasından çıxıb. Bununla belə hələ də problemlərimiz qalmaqdadı. Rəsmi əlaqələri bir tərəfə qoysaq, elə bir mərkəz varmı ki, digər strukturları və qurumları, ayrı-ayrı şəxsləri öz ətrafına toplasın, yəni bizə bir-birimizin yaddaşını öyrənməyə yardımçı olsun?

- Dərnəklər, cəmiyyətlər fəaliyyət göstərir. Və sizin Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi fəaliyyətə başlayandan sonra bu əlaqələr daha da güclənib. Hətta bir isim varsa belə onunla iş birliyi qurmaq, hər bir şəxsin simasında ölkəni tərənnüm edəcək birini tapmaq artıq onlarda ənənə halını alıb. Elə mən də Komitənin dəvəti ilə gəlirəm Bakıya.

- İfa elədiyiniz mahnıları yəqin ki, hazır variantda götürürsünüz. Bəs təklif necə?

- Daha çox klassik mahnılarımızı ifa etməyi sevirəm. Hər hansı bir mahnı hitə çevriləndə, təbii ki, mənim də ürəyimdən keçir ki, onları ifa edim. Pop musiqi janrını sevmədiyimdən deyil, ömrü az olduğundan ifa etmirəm. Klassiklər, xalq mahnıları həmişəyaşardı. Nə qədər pis ifa eləsən belə o mahnılar hər ifaçıda özünəməxsus şəkildə alınır. Rəhmətlik Rübabə xanımın, Şövkət Ələkbərovanın mahnılarının cazibəsi qarşısında nə ifaçı, nə dinləyici tab gətirə bilər. Mahnı səslə sözün ahəngi, duyğuların görüntüsüdür. Mən kamil ifa etdiyimə inandığım mahnıları nota alıb yazdırıram. Qaldı müasirlərimin mahnılarına, müraciət edənin könlünü sındırmıram. Amma bir şərtlə ki, mahnı məni tutsun. Məsələn, ən son olaraq Musa Musayevin bir neçə mahnısı ilə tanış oldum və o qədər xoşuma gəldi ki, onları ifa etmək qərarına gəldim. İnşaallah qayıdandan sonra nota alacağam. Rəhmətlik Emin Sabitoğlu ilə yaxşı münasibətlərimiz vardı. Ömrünün son illərində bir neçə bəstəsini mənə bağışlamışdı. “Ala gözlüm”ü son kasetimə daxil etmişəm. Xəzərə yazdığı bir mahnını isə sonuncu kasetimə daxil edəcəyəm.

- Adətən, xaricdə yaşayan azərbaycanlı sənətçilər Bakıya daha çox konsert verməyə gəlirlər.

- Yox, mən sərgidə iştirak etmək üçün dəvət almışdım. Amma belə bir planım var. Sadəcə, arzumun reallaşacağı günü gözləyirəm.

KƏBUTƏR



181 dəfə oxunub
 

1 2 3 4 5
 
Rating: 5.00Rating: 5.00Rating: 5.00Rating: 5.00Rating: 5.00 (cəmi 6 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 Maestro Ceyhun Türkiyədə konsert proqramı ilə çıxış edəcək
 Şəmistan Əlizamanlı “Torpaq” mahnısı oxuyacaq
 Nüşabə Ələsgərli İbrahim Tatlısəsin təsiri altına düşüb
 Jeneviyev Kalizin Bakıda konsert verəcək
 Rəşid Behbudovun anadan olmasının 93-cü ildönümü qeyd olundu
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb