|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
Mədəniyyət : Gözəlliyə gedən yol... | |||||||||||||||||||||
Röya “Golden Rose” markasının siması oldu Yarandığı gündən yüksək kefiyyət və sərfəli qiymət prinsipi ilə fəaliyyət göstərən “Erkul Kosmetiks” bu sektorda qabaqcıl yerlərdən birini tutan şirkətlərindəndir. İstehsal etdiyi Golden Rose, Classics ve Miss Selene markalarıyla “Erkul Kosmetiks” lak, dodaq boyası, pudra, kirşan, tuş, sürmə, tonal kremləri, parfüm kimi çox çeşidli kosmetik məhsulları ilə müştərilərini sevindirir. Müasir idarəetmə metodları və ən son texnologiyalardan istifadə etməklə şirkət günbəgün inkişaf etməkdədir. “Erkul Kosmetiks”dən söz açmaqda məqsədimiz sevilən müğənni Röya Ayxanın firmanın markalarından biri olan “Golden Rose”un siması seçilməsi ilə bağlıdır. Dünən “Avropa” otelində düzənlənən mətbuat konfransında bir araya gələn rejissor Aqil.M. Quliyev və Röya məsələyə aydınlıq gətirib. Belə ki, Röya markanın Azərbaycanda 5 aylıq siması olacaq. İlk olaraq Aqil.M.Quliyev filmin təqdimatında sənətçinin Türkiyədə müqavilə ilə bağlı görüntülərini əks etdirən videogörüntü nümayiş etdirildi. Türkiyədə olarkən şirkətin orada fəaliyyət göstərən mağazalarında məhsullar ilə yaxından tanış olan Röya daha çox dodaq boyalarını bəyəndiyini söylədi. “Mən onları deyil, onlar məni seçib” söyləyən Röya çox vaxt reklam xarakterli təkliflərdə tərəddüd etdiyini, daha doğrusu təklifləri dəyərləndirməyə çəkinmə səbəblərini açıqladı. Onu məhşur edən və sevən tamaşaçılar arasında hər təbəqəyə aid insanların olduğunu söyləyən Röya pərəstişkarlarının böyük əksəriyyətinin maddi durumunun orta və aşağı olduğunu dedi: “Mənə, nə üçün daha məşhur və bahalı firma ilə müqavilə imzalamadığımı söyləyirlər. Mənim üçün ən vacibi keyfiyyətdir. Əgər bir markanın siması olub, onu təbliğ edəcəmsə, məhsulun keyfiyyətinə də əmin olmalıyam. Bu markanın məhsullarından da qat-qat baha və ucuz olanları var, amma məncə, keyfiyyət üçün qiymətin elə də böyük önəmi yoxdur. Gözəllik pul ilə ölçülmür. Mən pərəstişkarlarımı aldatmaq istəmirəm. Ona görə də razılıq verməzdən öncə firmanın iş prinsipi ilə yaxından tanış oldum və razı qaldım”. “Golden Rose” markasının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Ədalət bəy atrıq şirkətin Gəncə, Lənkəran və Qubada geniş mağazalarının olduğunu və bu yaxınlarda Bakıda da belə bir guşənin açılacağının nəzərdə tutulduğunu bildirdi. Layihənin bilavasitə reklam işləri ilə məşğul olan Aqil.M.Quliyev mart ayının 3-dən etibarən Azərbaycanda “Golden Rose” ticarət nişanı altında məhsulların reklamına start veriləcəyini dedi. Reklam çarxlarının hazır olduğunu söyləyən Aqil mart ayının 7-də Beynəlxalq Qadınlar Günü ilə bağlı “Onlar da qadındır” devizi altında qadın həbsxanası, kimsəsizlər evlərində olacaqlarını da bildirdi. Qeyd edək ki, “Erkul Kosmetik” məhsullarının böyük bir hissəsini 60-dan çox ölkəyə ixrac edir. 1983-cü ildən fəaliyyətdə olan şirkət kosmetika sahəsindəki yenilikləri yaxından izləyərək faydalanır. Məhsulları Türkiyədə bütün parfümeriya, aptek və marketlerdə 900-dən artıq satış nöqtələrində və önəmli alış-veriş mərkəzlərində yer alan Golden Shoplarda satılmaqdadır. Kosmetika məhsullarının birbaşa insan sağlamlığı ilə bağlı olduğunu nəzərə alan “Erkül kosmetiks” bu səbəbdən laboratoriyalarda tədqiqat, təkmilləşdirmə və istehsalat mərhələlərində gigiyenaya üstünlük verir. İstehsala istifadə olunan yüksək keyfiyyətli xammallar Avropa ölkələri və Birləşmiş Ştatlardan gətirilir. İstehsal mərhələsi isə İstambulda 36.000 kv metrlik sahədə inşa edilən müasir fabrik binasında tam avtomatik avadanlıqlarla həyata keçirilir. TURANƏ 189 dəfə oxunub | |||||||||||||||||||||
|
| |||||||||||||||||||||
| |||||||||||||||||||||