|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
İdman : Azərbaycan yığması bu gün Ermənistanla qarşılaşacaq | |||||||||||||||||||||
İndiyə qədər keçirilən 8 oyunun 5-də qələbə qazanan, 3-də heç-heçə edən Azərbaycan top fərqində də Ermənistanı üstələyir Bu gün Çexiya vaxtı ilə saat 17:30-da (Bakı vaxtı ilə saat 20:30) Ermənistan yığması ilə keçiriləcək oyunla futzal üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki çıxışına start veriləcək. Komandamızın bütün oyunları Çexiyanın Xrudim şəhərindəki “Zimni stadion” İdman Kompleksində keçiriləcək. Azərbaycan və Ermənistan komandaları müstəqillik dönəmində 8 dəfə görüşüblər. “APA-SPORT” agentliyinin məlumatına görə, təmsilçilərimiz bu matçların heç birində işğalçılara məğlub olmayıblar. Növbəti görüş Çexiyada futzal üzrə yığmalar səviyyəsində baş tutacaq ki, ermənilərlə ilk qarşılaşmamız da bu idman növündə olub. 2001-ci ildə Azərbaycan çempionu olan “Turan AİR” klubu həmin il noyabrın 6-da İtaliyada UEFA kubokunun təsnifat mərhələsində İrəvanın “Araks” klubunu 5:2 hesabı ilə məğlub edib. Hazırda milli komandamızı çalışdıran rusiyalı mütəxəssis Andrey Yudin də həmin matçın iştirakçısı olub. Belə ki, o, Elman Ələkbərovun rəhbərlik etdiyi komandada oynayan məşqçi funksiyasını yerinə yetirib. Ermənilərlə klub səviyyəsində digər görüşlərimiz “Neftçi” ilə bağlıdır. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda 2005 və 2006-cı ilin yanvarında Moskvada “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku” turnirində “Pünik” klubundan üstün olub. İlk dəfə 2:0 hesabı ilə qələbə qazanan “Neftçi”yə növbəti ildə texniki qələbə (3:0) verilib. Buna da komandamızla yarımfinal görüşünə vəsiqə qazanan ermənilərin meydana çıxmaqdan boyun qaçırması və ümumiyyətlə, turniri tərk etməsi səbəb olub. Ermənistanla yığma səviyyəsində 5 oyundan 3-də heç-heçə qeydə alınıb. 2004-cü ildən 2007-ci ilədək ardıcıl 4 il qarşılaşan komandalar aşağı yaş qruplarından ibarət yığmalar səviyyəsində seçmə qrup oyunlarında münasibətlərini ayırd edib. Nadir Qasımovun çalışdırdığı komanda (U-19) 2004-cü ilin oktyabrın 2-də Makedoniyada ermənilərlə 1:1 hesablı bərabərliyə qalıb. Bu, müstəqillik dönəmində futbolda Ermənistanla ilk qarşılaşma olub. Növbəti ilin payızında Şakir Qəribovun baş məşqçisi olduğu U-17 İsraildə bədnam qonşularımızı böyük hesabla məğlub edib (3:0). Azərbaycanla Ermənistanın 2006-cı ilin payızında 19 yaşlılardan ibarət yığmalar səviyyəsində növbəti qarşıdurması Arif Əsədovun rəhbərlik etdiyi komandanın Kiprdə 2:1 hesablı qələbəsi ilə nəticələnib. Ermənilərlə U-17 səviyyəsində sonuncu oyun ötən ilin iyununda Türkiyədə I Qara Dəniz Oyunları çərçivəsində olub. Yaşar Vahabzadənin çalışdırdığı komanda həmin matçda rəqibi ilə qolsuz heç-heçə edib. Azərbaycanla Ermənistan komandalarının sonuncu görüşü qadın futboluna təsadüf edib. Belə ki, ötən ilin payızında Ukraynada U-19-ların seçmə qrup mərhələsində oyunu 2:2 hesabı ilə nəticələnib. Həmin matçda komandamızın sükanı arxasında Şamil Heydərov olub. Azərbaycanla Ermənistanın milli komandalarının da rəsmi oyunu nəzərdə tutulsa da, bu, baş tutmayıb. Belə ki, 2008-ci il Avropa çempionatının seçmə mərhələ oyunlarında bir qrupa düşən bu ölkənin yığmalarının görüşünü UEFA ləğv edib. Qeyd edək ki, 8 oyunun 5-də qələbə qazanan, 3-də heç-heçə edən Azərbaycan top fərqində də Ermənistanı üstələyir (15-6). Millimizin oyunlarının təqvimini bir daha diqqətinizə çatdırırıq:
28 fevral Azərbaycan - Ermənistan 29 fevral Finlandiya - Azərbaycan 2 mart Azərbaycan - Çexiya 201 dəfə oxunub | |||||||||||||||||||||
|
| |||||||||||||||||||||
| |||||||||||||||||||||