|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
Təfsilat : Paritetizm xəstəliyi | |||||||||||||||||||||
Üçdən bir gəlib, tam olmaq istəyənlərə ithaf olunur Korun tutduğunun buraxmadığı an çox qəribə, psixoloji-dramatik situasiya yaranır. Yəni, korun tutduğunun şirin və ya turş, gözlə görünən və ya şəffaf, o cümlədən geyilən, yeyilən olmasının fərq etməməsi onun gözündə bütün cismləri eyniləşdirir. Kor fikirləşmir ki, mənim tutduğum mənim üçün hansı məqamda gərəkən sayılır. Daha doğrusu, gərəkir... Bu praktika həm siyasətdə, həm jurnalistikada, həm də bir sıra qeyri-peşələrdə özünü çox çılpaq şəkildə büruzə verir. Monitorinqlərin ard-arda düzüldüyü Azərbaycanımda bir qəzet araşdırılması da aparılıb. Yəni ki, qəzetlərin peşəkarlıq səviyyəsi bir neçə monitorinqçi tərəfindən realizə olunub. Təbiidir ki, ən son nəticədə ortaya çıxan qeyri-peşəkarlığın vüsət aldığı qəzetlərin siyahısında kim başçı olsaydı, etiraz edəcəkdi. Elə etiraz ediblər də. “Yeni Müsavat”çı həmkarlarımız onların peşəkarlığını şübhə altına alan monitorinq qrupuna (qrup deyəndə, mənim yadıma ilk düşən ATƏT-in Minsk qrupu olur) nəyi var deyib. Nə isə, mətbuatda belə şeylər çox olur, ən son nəticədə isə hər zaman sülh və barışıq qələbə çalır. Siyasətdə korun buraxmadığı detallar daha maraqlıdır. Ta bu Seçki Məcəlləsi məsələsi ortaya çıxandan “Azadlıq” adlı blok “paritet” deyib dad döyür. Mən bir məsələni hələ də dəqiqləşdirməmişəm, prezident seçkisini boykot edən bir qüvvə seçki komissiyasında təmsil olunmağı neyləyir? Deyək ki, bu öz işləridir... Bu blokun əsasını təşkil edən AXCP türklər demişkən nəyin peşindədir? Axı nə sənin, nə də bu blokda zor-xoş yer alan sədr əvəzi Əvəz Temirxanın əvəzedici postundan birinci statusuna qalxmaq istədiyi ALP-nin, o cümlədən MİP-in seperatçı VİP-inin hakimiyyətlə prioritet yer bölüşdürmək potensialı yoxdur. Aydındır. AXCP sadəcə olaraq tutduğunu buraxmır. “Seçki komissiyaları prioritet şəkildə bölünməlidir”. Kimin və ya kimlərin arasında? Bu sualı özünə vermək cürəti çatmayan bir sıra partiya yetkililəri sadəcə qəzetlərinin səhifələrini doldurmaq üçün dirənib. Adama sual verərlər, qardaş sən nəyin əsasında paritetlik tələbində bulunuyorsun? Hə, 2005-ci il parlament seçkilərində iştirak etmisən. Daha doğrusu o vaxtkı “Azadlıq” blokunun ən cuppulusu olmusan, yəni kiçik partiyası. Sözümü qəribçiliyə salmayın, o vaxt Rəsul-Quliyev-Sərdar Cəlaloğlu tandemi hələ də bir yerdə idi, Çingiz Dəmiroğlu demişkən “Müsavat”ın isə bir rayon təşkilatından balacasınız... Mətləbdən uzaq düşməyək. Ay üçdən bir AXCP, sən seçkidə “Müsavat” və ADP ilə bir yerdə iştirak etdiyin kimi yer davasını da üçdən bir kimi döyməlisən. Axı, səninlə bərabər ortada digər partiyalar var. Sənin heç para nümayəndən mandat qazanmayıb. Qazananları da didərgin salıb partiyadan çıxarırsan, sonradan keçirdiyin dəyirmi masaların başında oturdursan, bu öz işindir, öz siyasətindir, amma demə ki, heç kim heç nə görmür. Belə olan halda nəyin davasını döyürsən. 2005-ci ildə sənə səs verilməyib, bloka səs verilib, yığ blokunu sonra danış... Amma nə yazıq ki, blokun daha bir yerə yığılmayacağına AXCP hamıdan çox əmindir. Amma varis qismində çıxış etmək fikrinə düşən partiyaya bir məsləhət verməyin də yeridir. Sən belə elə, yığ İsa bəyi də, Sərdar bəyi də onlar elan etsinlər ki, AXCP siyasi varisdir, bu başqa məsələ. İşin əslinə nəzər yetirəndə deyilənlərin altındakı, bu demokratiya qışqıranların niyyətlərinin arxasındakı məkri duymamaq olmur. O baxımdan ki, niyə onlar həmişə külü öz qabaqlarında eşirlər. Başa düşmürlərmi ki, onların külündən od alışası deyil? Paritet anlayışının ardınca deyirlər ki, iqtidar yalnız onlarla danışmalıdır müxalifət adı altında. Nə üçün qaşınız qaradır, gözünüz aladır? Sizə bu statusu kim verib? Dünya siyasət praktikasında bir məsələ bəllidir ki, müxalifət adı seçkidə iqtidarla ən yaxın mübarizə aparan tərəfin adıdır. Amma AXCP ta çoxdandır ki, nəinki seçkiyə qatılmır, heç namizədini də düz-əməlli müəyyənləşdirmir. Vallah, ən yaxşısı sən başını sal aşağı, başına yığdığın cırtdan yığnağını idarə elə. Səninki elə VİP-lə ALP-dir. Onsuz da sıfrın üstünə nə gəlirsən gəl, nə çıxırsan çıx yerdə özün qalacaqsan. Sabah acıq etsələr belə, heç nə qoparda bilməyəcəklər. Sənə də sərf edir... Pərviz SADAYOĞLU 132 dəfə oxunub | |||||||||||||||||||||
|
| |||||||||||||||||||||
| |||||||||||||||||||||
| |||||||||||||||||||||