Bank Xaçmaz-Rusiya sərhədi avtomobil yolunun yenidən qurulmasını maliyyələşdirmək istəyir
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Xaçmazdan Azərbaycan-Rusiya sərhədinə kimi avtomobil yolunun yenidən qurulması layihəsinin maliyyələşdirilməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət edib.
“APA-Economics”in məlumatına görə, bunu AYİB-in Bakıdakı daimi nümayəndəliyinin başçısı Frensiz Delay (Francis Delaey) bildirib: “Biz bu layihənin maliyyələşdirilməsi ilə bağlı müraciəti müvafiq dövlət qurumlarına təqdim etmişik. Həmçinin, Bakı şəhərində avtomobil yollarının reabilitasiyası ilə bağlı rəsmi müraciətimiz də dövlət qurumlarına artıq təqdim olunub”.
Qeyd edək ki, AYİB Azərbaycanın nəqliyyat sektorunda layihələrinin maliyyələşdirilməsinə ümumilikdə 500 mln. ABŞ dolları ayırmağa hazırdır.