Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
Təfsilat : Çanaqqala
Çanaqqala

...Ruhun yaratdığı abidə...

... Göylərdə bizi gözləyən yerimizi almaq məcburiyyətindəyik.

Yoxsa o yeri başqaları istila edər

və o zaman bu ölkə və millət əldən gedər. Halbuki, biz türklər bütün tariximiz boyu hürriyyət və istiqlala örnək olmuş bir millətik...

Mustafa Kamal Atatürk

 

Çanaqqalaya gedən yol...

XX əsrin əvvəllərində Avropanın nəhəng dövlətləri yeni dünya xəritəsini çəkməyə qərar vermişdilər. İnkişaf edən iqtisadiyyatlar, qüdrətli ordular, həm də yeni iddialar demək idi. Böyük güclərin dünyada hegemonluğu ələ almaq uğrunda mübarizəsi digər sərhədlər üçün açıq hədə idi. Rusiya dəniz sərhədlərini böyütmək, İngiltərə Süveyş kanalı və Fələstini, Fransa Liviya, Suriyanı nəzarət altına almaq, almanlar Şərqə doğru irəliləmək, italyanlar isə Osmanlının qərbini işğal etmək haqqında geniş strategiyalar hazırlayırdılar. Planlar hazırlanmış, barıt doldurulmuşdu, sadəcə bəhanə lazım idi...

1914-cü ildə Avstriya-Macarıstan krallığının vəliəhdi Ferdinandın öldürülməsi müharibə arzulayanlar üçün qaçılmaz fürsət oldu. Avstriya Serbiyaya qarşı müharibə elan etməklə I dünya müharibəsini başlatmaq üçün ilk alovu yandırdı. Sonradan bu alov bütün Avropanı bürüdü. O dövrlər bütöv bir qitəyə bərabər əraziyə sahib Osmanlı İmperiyasının da bu alovdan pay alacağı qaçılmaz idi. Tarixin ən böyük imperiyalarından biri olan Osmanlının sərhədlərini ələ almaq müharibə tərəfləri üçün bir məqsəd, amala çevrilmişdi. Digər tərəfdən, Balkan Savaşında ağır məğlubiyyət alan Osmanlı əvvəlki gücündə deyildi. Onun üçün bu müharibədən daha az zərərlə çıxmaq üçün ölüm gücünə bərabər olan siyasi qərarlar vermək lazım idi. “Kimin yanında olmalıyıq?” sualı dövlət rəsmilərini ən çox narahat edən məsələ idi. Əvvəlcə İttifaq dövlətləri ilə bir cəbhədə yer almaq planı gündəmə gəldi. Amma Rusiyanın etirazından sonra Osmanlı bu İttifaqdan üz döndərdi və Almaniyanın yanında olmağa qərar verildi.

Osmanlı dövləti müharibənin ilk illərində səfərbərlik və silahlı tərəfsizlik elan etdi.

1914-cü ilin avqustunda Osmanlı dövləti İngilis donanmasından qaçan “Goeben” və “Breslau” adlı iki alman döyüş gəmisinin dəniz sərhədlərindən keçməsinə icazə verdikdən sonra bütün su sərhədlərini də “qonaqların” üzünə bağladı. Amma bu da çox çəkmədi. Həmin ilin sentyabr ayının 27-də admiral Souçonun başçılığı ilə “Yavuz” adlı türk tətbiqat gəmisi Qara dənizdə Rusiyaya aid olan Sevastopol və Novorossiysk limanlanlarını bombardman etdi. Bu da 1 noyabr tarixindən Osmanlının da müharibəyə aktiv qoşulmasına səbəb oldu.

Osmanlının sahib olduğu coğrafi mövqeyi, xüsusilə dəniz zənginliyi Avropa üçün çox böyük əhəmiyyətə malik idi. Tarix boyu bu sərhədlərin əhatə etdiyi dəniz keçidləri, boğazlar strateji, iqtisadi və mədəni baxımdan ələkeçməz bir zənginlik təqdim edirdi. İttifaq dövlətlərinin (Antanta bloku) dəniz keçidləri uğrunda mübarizəsinin başlıca səbəbləri də məhz bunlarla bağlı idi. Digər tərəfdən, bu keçidlərin ələ keçirilməsi Osmanlının Almaniya ilə əlaqələrinin aradan qaldırılması və Osmanlının təklənməsi demək idi. Bu həm də İstanbulun fəthi, Osmanlı və bütün Avropa üzərində mənəvi bir hökmranlıq planı idi. Bu düşüncə 1915-ci il yanvarın 28 - də İngiltərənin Osmanlıya qarşı müharibəyə başlamaq üçün qərar verməsinə səbəb oldu. Sonradan Fransa da bu qərara qoşuldu.

Dəyişən planlar, dəyişməyən nəticələr...

İngilislər boğazları ələ keçirməklə hər şeyin bitəcəyini düşünürdülər. Çünki onlar “Dənizlərə hakim olmaq, dünyaya hakim olmaq deməkdir” fəlsəfəsi ilə davranırdılar. Çörçilin planları bütün dairələrdə dəstək görüncə, Lord Fişer də ilk əvvəl qarşı çıxdığı “Osmanlının fəthi” strategiyasının donanma vasitəsilə həyata keçirilməsinə razılıq verdi. Bu günə qədər girdiyi bütün savaşlardan qalib çıxan ingilis donanması silahlarla tam təmin olunmuşdu. Məğlubedilməz donanmadan hamı yeni bir qələbə gözləyirdi. Fransızların da prosesə qoşulması ingilis donanmasının “İkinci məğlubedilməz armada” qismində meydana çıxardı. Heç kəs bu donanmanın nə vaxtsa məğlub olacağını ağlına belə gətirmirdi. Üstəlik rəqib zəifləmiş silah və texnika təchizatı zəif olan Osmanlı idi.

İttifaq dövlətlərinin dəniz hərəkatı 19 fevral 1915-ci ildə başladı. Mart ayının 13-nə qədər ingilis gəmiləri ilk olaraq qarşısına çıxan maneələri təmizləmək və donanma üçün yol açmağı planlaşdırırdı. İngilislərin hesablamalarına görə, bu period o qədər də çox vaxt almamalı idi. Maraqlıdır ki, heç bir ingilis hərbçisi qarşısındakı gücün fərqində deyildi.

Bir ay boyunca açılan minlərlə mərmi atəşindən sonra İttifaq dövlətlərinin heç bir nəzərəçarpacaq uğura imza ata bilməməsi sonrakı fəlakətlərdən xəbər verirdi.

Mart ayının 17-də ingilis hökuməti uğursuzluqlardan çıxış yolu kimi yeni planı həyata keçirməyi qərarlaşdırdı. Bu istiqamətdə ilk addım isə admiral Kardenin yerinə admiral De Robekin təyin olunması idi. Yeni plana görə, bir gün sonra dənizdən üç istiqamətdə hərəkata start verilməli idi. Və donanmaların birinə admiral De Robekin özü başçılıq edəcəkdi. Bu planın önəmli bəndlərindən biri də, əsasən uzaq məsafələrdən zərbələr endirmək və qarşıdakı türk donanmalarını sıradan çıxarmaq idi. Çünki ingilislər yaxşı bilirdi ki, onların sahib olduğu uzaq məsafədən zərbələr endirə bilən toplara rəqibi sahib deyildi. İngilislərin diqqətindən qaçan başqa bir məqam isə Osmanlı ordusunun sulara düzdüyü partlayıcı maddələr idi. Arxa-arxaya baş verən partlayışlardan sonra İttifaq ordusunun bir neçə gəmisi sıradan çıxdı. Bir gün içində ingilis ordusu 603 qurban verdi. Bu isə admiral De Robekin ikinci hərəkat gəmilərini dayandırmaq əmrinə səbəb oldu. Diqqətlər yenidən Lord Fişerə yönəlmişdi. O, ordusuz bir donanmanın da müvəffəqiyyətə imza ata biləcəyi haqqındakı iddialarında haqlı çıxmışdı. De Robek və Çörçil buna baxmayaraq, sahib olduqları donanma ilə boğazı yararaq İstanbula çata biləcəkləri fikrindən daşınmadı və yeni hərəkat planları hazırladı.

Çanaqqala savaşlarında dəniz hərəkatının uğursuzluğu diqqətləri yenidən quru hücumlarına yönəltmişdi. Dənizdə müharibə davam edərkən mart ayının 1-də Yunanıstan Gelibolu yarımadasını işğal etmək və İstanbula bu istiqamətdə hərəkət etmək üçün İngiltərəyə üç bloklu ordu təklif etmişdi. İngilis və fransızlar üçün göydəndüşmə olan bu təklif rusların vetosu ilə qarşılandı. Çünki ruslar bütün hallarda yunan əsgərinin İstanbula girməsinə icazə verməyəcəyini bəyan etmişdir. Buna görə də Londonda yeni plan üzərində baş sındırırdılar. Bir çoxları İstanbul hərəkatının quru qoşunları və donanma ilə birlikdə həyata keçirmək təklifini müdafiə edirdi. Onlar içərisində Lord Fişer də var idi. Son qərarı isə müdafiə naziri Lord Kiçener verdi. Kiçener planına əsasən, 29-cu dəniz donanmasının Egeyə doğru hərəkət etməsi Çanaqqaladakı dəniz piyadalarının Gelibolu yarımadasına göndərilməsi nəzərdə tutulurdu. Bu plan Fransa cəbhəsində yer alan ingilis generallarının sərt reaksiyası ilə qarşılandı. Hətta bir qrup əməliyyatdan imtina etdiyini açıqladı. Onların yerinə isə Misirdəki Avstraliya və Yeni Zelandiya birliklərinin göndərilməsi haqqında qərar qəbul edildi.

Siyasi dairələr bir-bir planları nəzərdən keçirdiyi vaxtda ingilis casuslar Osmanlı ordusunun zəif nöqtələrinin axtarışları içində idi. General Vilyam Bödvud Kiçenerə təcili teleqram göndərərək donanmanın təkbaşına boğazdan keçə bilməyəcəyini və qüvvətli bir ordunun qurudan donanmanı dəstəkləməsinin vacibliyini bildirdi. Beləliklə, Misirdəki ingilis taboru da İstanbul hərəkatına qoşuldu. İngilislər 70 min nəfərlik ordu ilə İstanbulu fəth etmək haqqında ikinci qərarı verdi.

Türk tərəfi isə 18 martda əldə etdiyi zəfərdən sonra özünə inam qazanmışdı. Və bir daha Çanaqqalanın boğazdan keçilə bilməyəcəyini bütün dünyaya sübut etmişdi. İndi növbə quru qoşunlarına çatmışdı. İttifaq dövlətlərinin qurudan həyata keçirəcəyi hərəkata qarşı türklərdən hazırlıqlarını sürətləndirdi. Çanaqqalada beşinci ordu təşkil olunmuş və onun rəhbərliyinə marşal Liman von Sanders gətirilmişdi. Türklər bütün sahil boyunca sədlər ucaldır, bütün strateji nöqtələrə əlavə qüvvələr yerləşdirirdi. Artıq bütün ordu İttifaq qoşununun həmlələrini gözləyirdi. Bu həmlələri gözləyənlərdən biri də 19-cu ehtiyat taborunun komandiri Mustafa Kamal idi.

“Şahinlər”in başlatdığı və yazdığı tarix

Mayın 14-də və 19-da Cənub cəbhəsində əks hücumları dəstəkləmək məqsədilə ingilislərin donanması və qurudakı ordu hissələri türklər tərəfindən bombalandı. Artıq zaman türklərin xeyrinə işləyirdi. Bütün cəbhələrdə ingilis ordusuna davamlı zərbələr endirilir, düşmən geri çəkilməyə başlayırdı. Dənizdən və qurudan düşmən hədələrini sıfra endirən türk ordusu havadan İttifaq qoşununa gözlənilməz zərbələr vurdu.

Çanaqqala savaşı Türk hava qüvvələrinin də imtahanı oldu. Müharibələ başlamazdan əvvəl bütün dünya Türk hava qüvvələrini zəif və inkaşafa möhtac qüvvələr kimi dəyərləndirirdi. Amma müharibələr başa çatdıqdan sonra ortaya çıxan həqiqətlər başqa məntiqi ortaya qoyurdu. Bu gün belə türklər hava qüvvələrinin “Türk şahinləri”nin yaranma tarixindən bəhs edərkən bu başlanğıcın məhz Çanaqqala savaşlarından başladığını qeyd edirlər.

Çanaqqala savaşlarında quru və dəniz qüvvələri ilə yanaşı, hərbi hava qüvvələri də üstün texnika və silah imkanlarına sahib ingilis ordusu qarşısında vəzifəsinin öhdəsindən cəsarətlə gələ bildi. Bu isə ingilis hərb tarixinə də qara hərflərlə yazıldı. İngilis generalları türklər qarşısındakı məğlubiyyətlərini bu cür dəyərləndirirdilər:

Mükəmməl müdafiədə yorulmadan mübarizə aparan və nəticədə qalib gələn düşmənimizə heyran qaldım.

Çanaqqala savaşı başqa bir həqiqəti də gözlər önünə qoydu. Müharibəni qazanmaq üçün silah və texnikadan çox strategiya və tətbiq etdiyiniz taktikalar böyük rola malikdir. Türklərin Çanaqqaladakı mübarizəsi adi bir hərbi hərəkat və ya müharibə deyil. Mövqeyi və tarixi etibarilə İstanbul Qara Dənizin qapısı Çanaqqala da Egey dənizinin qapısı olaraq daşıdıqları əhəmiyyət və strateji önəm və dəyər baxımından daima birlikdə tələffüz edilmiş və edilməkdədir. Hər iki boğaz klassik və dar çərçivədə sadəcə, Aralığı Qara dənizə, Avropanı Asiyaya bağlayan su keçidi, ya da körpü deyil. Aralıq dənizinin digər önəmli su keçidlərindən Cəbəllütariq və Süveyş kanalı ilə də birləşərək dünyanın böyük dənizlərini və böyük qitə quru parçalarını bir-birinə bağlayan, daha geniş mənadakı geopolitik mövqeyi ilə dünya siyasət və iqtisadiyyatı üçün əhəmiyyətini bu gün də qorumaqdadır. Amma türklər və türk döyüşkənliyi var olduqca dünya bu strateji üstünlüklərə sadəcə həsrət qalmaqla kifayətlənəcək.

Çanaqqala savaşından sonra dünya bu həqiqətlərin də şahidi oldu:

- Müharibə yalnız silahlarla qazanılmır, bütün sirr döyüş ruhunu ürəyində və beynində daşıyan möcüzədə gizlidir;

- Tarixi qələbələrə alışmış bir millət müharibəyə həmişə üstün başlayır;

- Doğru strategiya qələbəyə gedən yolun başlanğıcıdır;

- Özünü rəqibdən güclü gördüyün döyüşdən qalib ayrılmağın möcüzələrə bağlıdır. Möcüzələr isə həmişə baş vermir.

Aqşin ŞAHİNOĞLU



335 dəfə oxunub
 

1 2 3 4 5
 
Rating: 5.00Rating: 5.00Rating: 5.00Rating: 5.00Rating: 5.00 (cəmi 6 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 ÇANAQQALA SAVAŞINDAN 92 İL ÖTÜR
 Cəfər Ulu: “Soyqırım niyyəti olan dövlət bunu gizli şəkildə həyata keçirər”
 Liviya Türkiyəni məhkəməyə verəcək
 Nuru Paşa kimdir?
 Böyük vətən müharibəsi veteranlarına birdəfəlik maddi yardım ediləcək
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb