Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
Gündəm : Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi
Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi

Köçəryan isə baş verənlər qarşısında susqunluğunu pozdu

Ermənistan müxalifətinin İrəvanın mərkəzində keçirdiyi aksiya davam edir. Xatırladaq ki, son günlər müxalifətin namizədi, eks-prezident Ter-Petrosyanın tərəfdarlarının sayı artıq yüz minlərlə ölçülür. Belə olan halda isə hadisələri hansı istiqamətdə cərəyan edəcəyi bir andan asılı vəziyyətə düşür.

“Novosti Armanii” saytının yaydığı məlumata görə, Ermənistanın Baş prokurorunun keçmiş müavini Qaqik Cangiryanın və qardaşı Vardan Cangiryanın həbsi rəsmi dövlət strukturları tərəfindən təsdiqlənib. Ermənistan polisi Q.Cangiryanı Cinayət Məcəlləsinin 235-ci maddəsi ilə ittiham edir. Bu maddə isə özündə qeyri-qanuni silah daşınması, silah saxlaması və əldə olunmasını ehtiva edir. Digər tərəfdən, keçmiş müavin 316-cı maddə ilə də günahkar bilinir. O, həm də güc yolu ilə hakimiyyəti dəyişmə cəhdində təqsirləndirilir. Vardan Cangiryan isə hakimiyyət nümayəndələrinə zor tətbiq etməkdə günahlandırılır. Mütəşəkkil Cinayətlərə Dair İşlər üzrə Ermənistan polisi rəsmi şəkildə hər iki şəxsin həbs olunduğunu etiraf edib.

Hadisələrin dəyişkən axarda davam etdiyi bir zamanda isə baş nazir Serj Sarkisyan qəribə bəyanatı ilə yadda qalıb. O, öz çıxışlarının birində müxalifəti əməkdaşlığa çağırıb. Maraqlıdır ki, müxalifət baş nazirin çağırışını rədd edib. Qarşı tərəfin addımını dəyərləndirən S.Sarkisyan hətta koalision hökumət təklifi ilə də çıxış etdiyini deyib: “Müxalifət mənim irəli sürdüyüm təkliflərin hamısına rədd cavab verib. Artıq, bu gündən biz öz fəaliyyətimizi yeni istiqamətdə quracağıq. Kim mənim irəli sürdüyüm əməkdaşlığa hazırdısa, praktiki müstəvidə şahidi ola bilər”.

S.Sarkisyan 19 fevral seçkisində iştirak edən bütün müxalifət qüvvələri ilə koalisiyaya getməyə razı olduğunu bildirib. Onun sözlərinə görə, bu addım erməni xalqının rifahı naminə atılır.

“Panarmaniyan” saytının yaydığı məlumata görə, hazırki Ermənistan prezidenti Robert Köçəryan da sükutu pozub. Müxalifətin keçirdiyi mitinqlərə münasibət bildirən ölkə başçısı artıq məsələlərə soyuqbaşla yanaşmağın gərəkdiyini önə çəkib: “Güclə hakimiyyətə gəlmək olmaz. Biz olduqca səbirliyik. Bizim ölkəmizə xaricdən gələnlər də səbrimizi xüsusi qeyd edirlər. Amma səbir də hər-hansı çərçivə daxilindədir. Bizi səbirli saymaq üçün daha neçə gün dözməliyik? Heç bir ölkədə iqtidar altıgünlük qeyri-qanuni mitinqlərə, hərəkətlərə icazə verməzdi. Bizim də səbrimiz tükənib”.

Ermənistan prezidenti əmindir ki, altı gün etiraz bildirmək üçün kifayət edir. Onun fikrincə, ictimai asayişi qoruyan qurumlar artıq hərəkətə keçə bilərlər: “Mən Azadlıq meydanına yığışan insanları məsuliyyətsiz siyasi oyunlarda alət olmamağa çağırıram. Bu sizin oyununuz deyil. Bu mübarizədə siz qalib ayrıla bilməzsiniz, yalnız itirə bilərsiniz. Unutmayın ki, sizinlə bərabər bu ölkə də itirəcək”.

Digər tərəfdən isə, bir sıra mətbu orqanlar, xüsusilə də, Rusiya KİV-i Qərbin Ermənistanda “narıncı inqilab” etməyə cəhd göstərdiyini vurğulayıb. Qlobal Təhlükəsizlik İnstitutunun Rusiya və Asiya ölkələri üzrə koordinatoru Nikolay Zlobin isə Qərb ölkələrinin Ermənistanda bu cür addımlar atmaq istəmədiyini önə çəkib: “Qərbin belə bir məqsədi yoxdur. Konkret olaraq ABŞ belə bir məsələdə yer almır. Fikrimcə, ABŞ Rusiya ilə bu məsələdə qarşı-qarşıya gəlmək istəməz. İndiki mərhələdə ABŞ-ın bu siyasəti dəstəkləyəcəyi inandırıcı deyil”.

Xatırladaq ki, Ermənistan müxalifətinin İrəvanın mərkəzində keçirdiyi mitinqin kütləviliyi “narıncı inqilabın” ola bilmə ehtimalını yüksəldib. Bu cəhətdən də Ermənistan hakimiyyəti mitinqi zor gücü ilə dağıtmaq fikrinə düşüb. Bununla belə, mitinq hələ də davam edir və İrəvanın mərkəzi meydanında qurulan çadırlar yığışdırılmayıb.

 Levon Ter-Petrosyanı dəstəkləyən Aram Sarkisyan Ermənistan vətəndaşlarının yarım milyonluq mitinqə qatılmasını qaçılmaz qələbəni  təmin etdiyini dilə gətirib. Onun sözləərinə görə,  hakimiyyət irəli sürülən  tələbləri yerinə yetirməyə məcbur olacaq. O, hökumətə qanuni yolla siyasi səhnədən getmək imkanı yaratdıqlarını bildirib: UHakimiyyətin qarşısında iki tələb irəli sürmüşük Ü Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin nəticələrini ləğv etməli və bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır”F.

 Mitinqdə çıxış edən Levon Ter-Petrosyan qəti mövqe nümayiş etdirib: “Ermənistanı ya Serj Sarkisyan tərk edəcək, ya da bütün xalq”.

Müxalifətin dünənki aksiyasına İrəvan Dövlət Tibb Universitetinin tələbələri də qatılıb.Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının Niderlanddakı qərargahı isə Ermənistan hakimiyyətinin müxalifəti kütləvi aksiyasını dağıtmaq üçün Qarabağdan hərbi qüvvə gətirdiyi barədə açıqlama yayıb. Məlumatda bildirilir ki, rayonlardan paytaxta gedən bütün yollar ciddi nəzarətə götürülüb. Polislər şübhəli hesab etdikləri sürücüləri cərimələməklə yanaşı, onların İrəvana daxil olmasına imkan vermir. Bundan başqa, İrəvan Dövlət Universitetinin tələbələri də aksiyalara buraxılmır. Yerli telekanallar, xüsusilə İTV vəziyyət barədə obyektiv məlumat vermir, daha çox qərəzli xəbərlər yayırlar. Həmin xəbərlərdə aksiyanın keçirildiyi məkan cinayətkar ünsürlərin yuvası kimi təsvir edilir, aksiya iştirakçıları Unarkoman, alkoqol qəbul etmiş şəxslərF adlandırılır.

Bu arada özünü artıq Ermənistan prezidenti kimi təqdim edən Ter-Petrosyan mitinqdə  tərəfdarları qarşısında çıxış edərək, 2 sərəncam imzaladığını deyib. Birinci UsərəncamFa əsasən seçkilərdə rəsmən Ermənistan prezidenti elan edilən Serj Sarkisyan ümummilli hərəkata dəstəyə görə UCəsarət xaçıF medalı ilə Utəltif olunubF. Eks-prezident 2-ci UsərəncamFla Fransa pasportundan imtina edən Sarkis Atspanyana Ermənistan vətəndaşlığı verib.

Pərviz SADAYOĞLU



346 dəfə oxunub
 

1 2 3 4 5
 
Rating: 5.00Rating: 5.00Rating: 5.00Rating: 5.00Rating: 5.00 (cəmi 2 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 S.Sarkisyan erməni xalqını küçələrə saldı
 Koçaryan komandası hakimiyyətdə qaldı
 Ermənistan polisi müxalifətə divan tutur
 Serj Sarkisyan Ermənistanın baş naziri təyin olunub
 Ermənistan - seçkiyə doğru
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb