Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
Gündəm : Azərbaycan və Latviya əməkdaşlıq edəcək
Azərbaycan və Latviya əməkdaşlıq edəcək

Dövlət Sərhəd Xidməti ilə Latviya Dövlət Sərhəd Mühafizəsi arasında saziş imzalanıb

Dünən Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) ilə Latviya Dövlət Sərhəd Mühafizəsi arasında əməkdaşlığa dair sazişin imzalanması ilə bağlı tədbir keçirilib. Sazişi DSX rəisi, general-leytenant Elçin Quliyev və Latviya Sərhəd Mühafizəsinin rəisi general Qunars Dabolinş imzalayıblar. İmzalanma mərasimindən sonra jurnalistlərə açıqlamasında Q. Dabolinş sazişin iki ölkənin sərhəd təhlükəsizliyinə cavabdeh olan qurumları arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynayacağını qeyd edib. O, azərbaycanlı həmkarları ilə quru və dəniz sərhədlərinin təhlükəsizliyi, sərhəd xidməti əməkdaşlarının hazırlanması və təlimi sahəsində təcrübə mübadiləsinin təşkili, həmçinin beynəlxalq təşkilatlar tərəfindən sərhəd təhlükəsizliyi sahəsində həyata keçirilən layihələr barədə müzakirələr apardığını da vurğulayıb. DSX rəisi E. Quliyev bildirib ki, latviyalı həmkarı ilə görüşdə sərhəd mühafizəsi ilə bağlı məsələlər müzakirə olunub: “Biz beynəlxalq əməkdaşlığa böyük önəm veririk. Azərbaycan elə ərazidə yerləşir ki, bu ölkənin sərhədlərinin təhlükəsizliyi Avropanın sərhəd təhlükəsizliyinə təsir göstərə bilər”. E. Quliyev əlavə edib ki, Azərbaycan Latviya da daxil olmaqla Avropa Birliyi ölkələri ilə sərhədlərin təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq edir, qarşılıqlı təcrübə mübadilələri aparır.

Qeyd edək ki, general Q.Dabolinşin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya fevralın 25-də gəlib. Nümayəndə heyəti DSX-nın Aviasiya dəstəsində olub, Sahil Mühafizəsi xidməti fəaliyyəti, Heydər Əliyev beynəlxalq Hava Limanında və Karqo terminalında sərhəd nəzarətinin təşkili ilə tanış olub.

Latviya Sərhəd Mühafizəsinin rəisi general Qunars Dabolinş Latviyanın Azərbaycanın sərhədlərin mühafizəsi sahəsində təcrübəsini öyrənməyə və bu sahədə əməkdaşlıq etməyə maraqlı olduğunu dilə gətirib. Azərbaycan Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası ilə tanış olduqlarını deyən Q. Dabolinş əməkdaşlıq haqqında imzalanmış saziş çərçivəsində Latviya Sərhəd Mühafizəsinin nümayəndələri Bakıya gələrək təcrübə mübadiləsi aparacaqlar: “Bu gün Azərbaycandan sərhəd mühafizəsi sahəsində öyrənilməli çox şey var”.

DSX ilə imzalanmış müqavilənin uzunmüddətli fundamental sənəd olduğunu vurğulayan Q. Dabolinş qeyd edib ki, əməkdaşlıq çərçivəsində DSX-nın avia mütəxəssisləri, dənizçi və kinoloqları Latviyaya ixtisasartırma kurslarına dəvət olunur.



193 dəfə oxunub
 

1 2 3 4 5
 
(cəmi 0 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 Gürcüstan və Azərbaycan yeni saziş imzalayacaq
 Azərbaycan-Latviya hökumətlərarası komissiyasının iclası Bakıda keçiriləcək
 Bakı və Moskva enerji komplekslərinin mühafizəsində əməkdaşlıq edəcək
 Gürcüstanın təbii sərvətlər naziri Azərbaycana gələcək
 Şimali Qafqazda terrorçu qruplar mövcuddür
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb