Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
Gündəm : Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb
Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb

Amerikalı konqresmenlər ermənilərin törətdiyi soyqırımı barbarlıq adlandırıb

XX əsrin ən böyüyk faciələrindən sayılan Xocalı soyqırımının ildönümü ABŞ Konqresində də anılıb. Nümayəndələr Palatasının Azərbaycan üzrə işçi qrupunun həmsədri Solomon Ortis və qrupun üzvü Virciniya Foks ölkəmizin tarixinə qanlı hərflərlə yazılan bu faciə ilə bağlı bəyanatlarla çıxış ediblər. Demokrat S. Ortis faciənin tarixi ilə bağlı məlumat verərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərinin erməni qüvvələri tərəfindən dağıdıldığını diqqətə çatdırıb. Konqresmen hücumun acınacaqlı faktları barədə söz açaraq Xocalıda qətlə yetirilən 613 nəfərdən 106-sının qadın, 63-nün uşaq olduğunu xatırloadıb. Bundan başqa 56 nəfər xocalılı xüsusi qəddarlıq və işgəncə ilə öldürülüblər. Faciə vaxtı 1275 nəfər isə əsir götürülüb, 150 nəfər itkin düşüb, 487 nəfər, onlardan 76-sı azyaşlı olmaq şərti ilə əlilə çevrilib. O cümlədən 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130-u isə ən azı bir valideynindən məhrum olub. Solomon Ortis Xocalı cinayətinə görə indiyədək heç kimin məsuliyyətə cəlb olunmadığını və Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilmədiyini bildirib.

Şimali Karolina ştatının Konqresdəki təmsilçisi, respublikaçı Virciniya Foks isə Somali, Ruanda, Kamboca, Bosniya və Darfurda baş verən faciəvi hadisələrə Konqresin diqqətinin cəlb etdiyi halda, 1992-ci ildə Qafqazda baş verənlərdən az insanın xəbərdar olduğunu söyləyib. Onun sözlərinə görə, üstündən 16 il keçəndən sonra belə “Xocalı”  sözü Azərbaycan xalqı və bütün bölgə üçün ağrılı və kədərli xatirələrlə bağlıdır. O, ABŞ-ın “Hyman Rayts Votc”, Rusiyanın “Memorial” insan haqları təşkilatlarının hesabatlarına, həmçinin beynəlxalq KİV-lərin o zaman yazdıqlarına istinad edib. Xanım Foks 1993-cü ilin 29 noyabrında ABŞ hökumətinin yüksək səviyyəli rəsmisinin erməni işğalının nəticələrinə dair “Nyusuik” jurnalındakı aşağıdakı sitatını xatırladıb: “Hazırda gördüklərimiz qarşılarına gələn hər bir kəndin sistematik olaraq dağıdılmasıdır. Bu, barbarlıqdır”.

Solomon Ortis də Xocalı qırğınına ayrıca hal kimi baxmağın tərəfdarı olmadığını dilə gətirib. Onun fikrincə, Xocalı şəhərində baş verənlər erməni hərbi qüvvələrinin Dağlıq Qarabağ müharibəsi boyu dağıdıcı əməllərinə xas hərəkətlər olub.

Azərbaycan üzrə işçi qrupunun həmsədri Ortis ölkəmizin xarici işlər naziri Elmar Məmmədyarovun bu yaxınlarda “Uol Strit Cornal” qəzetində çap edilən məqaləsinə istinad edərək Ermənistan ilə Azərbaycan arasında davam edən 14 illik atəşkəs dövründə erməni hərbi qüvvələrinin Azərbaycan ərazilərini tərk etmədiyini deyib: “Sülh danışıqları prosesi tezləşdirilməlidir. Əks təqdirdə, status - kvonun saxlanılması baha başa gələr. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli regional təhlükəsizlik və iqtisadi artımı təmin edə bilər”.

ABŞ konqresinin üzvləri beynəlxalq ictimaiyyəti Xocalı qırğınına müvafiq münasibət bildirməyə, azərbaycanlılara qoşularaq bu faciəni anmağa çağırıb. Onlar dünya ictimaiyyətinin Xocalı haqqında əsl həqiqətləri bilməli və xatırlamalı olduğunu vurğulayıblar.

ABŞ Konqresinin üzvləri Solomon Ortis  və Virginia Foks   Xocalı soyqırımın 16-cı ildönümü ilə bağlı Nümayəndələr Palatasının spikeri Nensi Pellosiyə müraciət ünvanlayıblar.



324 dəfə oxunub
 

1 2 3 4 5
 
Rating: 3.00Rating: 3.00Rating: 3.00 (cəmi 7 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 “Aztelekom”da Xocalı soyqırımının qurbanları anılıb
 Xocalı faciəsi soyqırım kimi tanınsın
 Milli Məclis və Ombudsman Aparatı beynəlxalq təşkilatlara müraciət edəcək
 Xocalı faciəsinə ikili münasibət yolverilməzdir
 Xocalı soyqırımının qurbanları yad edildi
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb