|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
Gündəm : İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti olmayıb və olmayacaq | |||||||||||||||||||||
Lex Kaçinski: Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və biz bu mövqeyi dəstəkləyirik Azərbaycan Prezidenti Varşavada görüşlərini başa vuraraq Qdansk şəhərinə gedib Polşada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və bu ölkənin prezidenti Lex Kaçinskinin təkbətək görüşü zamanı Azərbaycan dövlət başçısı Polşanın “Xidmətlərə görə” Böyük Xaç Ordeni ilə təltif olunub. Ordeni Azərbaycan dövlət başçısına Polşa Prezidenti təqdim edib. Bu mükafat dövlət başçısı İlham Əliyevə ölkələrimiz arasında münasibətlərin inkişafındakı xidmətlərinə görə verilib. Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Görüşdə Azərbaycanla Polşa arasında ikitərəfli iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi, enerji sahəsində əməkdaşlıq üçün böyük perspektivlər olduğu bildirilib. Həmçinin, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulub, Polşa Prezidenti problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdar olduğunu bildirib. Sonra Azərbaycan və Polşa arasında əməkdaşlığa dair iki sənəd imzalanıb. Bunlar “1997-ci il 26 avqust tarixində Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında Mülki hava daşımaları haqqında Sazişə düzəlişlər edilməsi haqqında Protokol” və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Polşa Televiziyası arasında əməkdaşlığa dair Saziş”dir. İmzalanmanın ardınca Azərbaycan və Polşa prezidentləri birgə mətbuat konfransı keçirib, jurnalistlər qarşısında bəyanatlarla çıxış ediblər. Azərbaycanın Polşanın strateji müttəfiqi olduğunu bəyan edən Lex Kaçinski ölkəsinin xarici siyasətində Azərbaycanın Avratlantik strukturlara inteqrasiyasına yardım göstərməyi vacib hesab etdiyini bildirib. Dağlıq Qarabağ probleminin həllinin beynəlxalq hüquq normalarına əsaslanmalı olduğunu qeyd edən Polşa Prezidenti “Beynəlxalq hüquqa əsasən isə Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və biz bu mövqeyi dəstəkləyirik”, - söyləyib. Lex Kaçinski müzakirələr zamanı müxtəlif mövzulara toxunulduğunu, eyni zamanda enerji siyasətinin nəzərdən keçirildiyini diqqətə çatdırıb. Öz növbəsində, Azərbaycan Prezidenti Polşa-Azərbaycan münasibətlərini strateji tərəfdaşlıq kimi qiymətləndirərək, iqtisadi əlaqələrin inkişafı üçün də gözəl perspektivlərin olduğunu qeyd edib. Polşanın bütün dövrlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu xatırladan İlham Əliyev “Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, danışıqlar predmeti olmayıb və olmayacaqdır. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və beynəlxalq dəstək, dünyanın aparıcı ölkələrinin bu barədəki mövqeləri, əlbəttə, məsələnin həlli üçün gözəl şərait yaradır”, - söyləyib. Prezident azərbaycanlıların münaqişə zamanı etnik təmizləmə siyasətinə məruz qaldığını, 1 milyondan artıq azərbaycanlının doğma torpaqlarından zorla çıxarıldığını bildirib, 16 il əvvəl - 1992-ci il fevralın 26-da Azərbaycan şəhəri olan Xocalının Ermənistanın təcavüzünə məruz qaldığını, azərbaycanlılara qarşı soyqırımı törədildiyini diqqətə çatdırıb. Azərbaycan dövlət başçısı geniş enerji dialoqu aparıldığını, iki ölkə arasında münasibətlərin çoxşaxəli olduğunu diqqətə çatdırıb, həm iqtisadi, həm energetika, həm siyasi, həm də humanitar sahədə əməkdaşlığa dair gözəl perspektivlərin mövcudluğunu qeyd edib. Səfər çərçivəsində Azərbaycan Prezidentinin Polşa Senatının marşalı Boqdan Boruseviç və bu ölkənin baş naziri Donald Tuskla da görüşləri olub. Qeyd edək ki, dünən Azərbaycan Prezidenti Varşavada görüşlərini başa vuraraq Qdansk şəhərinə gəlib. Lex Valensa adına Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyevlə xanımı Mehriban Əliyevanı Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinski, həmçinin Pomorsk voyevodalığının rəhbəri Roman Zabarovski və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanında Azərbaycan və Polşa prezidentləri arasında qısa görüşdən sonra dövlət başçıları Qdansk neft limanına baş çəkiblər. 284 dəfə oxunub | |||||||||||||||||||||
|
| |||||||||||||||||||||
| |||||||||||||||||||||