Kosovonun yeni konstitusiyası qəbul edilib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Analitiklər isə hesab edir ki, bu sənəd bölgənin parçalanmasını sürətləndirəcək
Ötən gün Serbiyadan ayrılaraq müstəqilliyini elan etmiş Kosovo yeni konstitusiyasını təsdiq etdi. Məhz bu məqsədlə təşkil olunmuş təntənəli mərasimdə BMT aidiyyəti olan siyasi dairələrə mesaj göndərdi ki, faktiki idarəçilik Priştinanın və AB–nin əlinə keçir. Lakin, analitiklər hesab edir ki, idarəçiliyin ötürülməsi hələ baş verməyib.
Qeyd edək ki, Serbiyanın anklavı Kosovoda paralel olaraq hakimiyyət strukturları güclənməyə başlayıb. Hətta bu ərazilərdə yaşayan insanlar müstəqilliklərini saxlaya bildilər – həm yeni hökumətdən, həm də AB–dən. Qərb mətbuatı "kafkian situasiyası"ndan yazaraq bildirib ki, gənc dövlətlər separatizm meyilləri ucbatından parçalanma həddinə çatıblar. Bu səbəbdən də təntənəli şəkildə təşkil edilmiş mərasim kosovolulardan başqa heç kimin yaddaşında qalmayıb.
"The Times" yazır ki, Konstitusiyanın qəbulu Kosovo üçün xüsusi cizgilərlə yadda qalmadı: "Hər halda təşkil olunmuş bu ciddi tədbirdə Kosovo müstəqilliyini möhkəmləndirib və keçmiş Yuqoslaviyanın parçalanmasının son nöqtəsini qoyub. Bundan başqa, bütün proseslər hakimiyyətin BMT–dən AB–yə və Priştinaya verilməsinə hesablanıb. Amma idarəçiliyin ötürülməsi bir neçə ay çəkə bilər. Belqrad isə Moskvanın dəstəyilə bir daha bildirib ki, separatçı Kosovonun müstəqilliyini tanımayacaq".
Serbiyanın prezidenti Boris Tadiç söz verib ki, öz ölkəsinin ərazi bütövlüyünü qoruyacaq. Eyni zamanda o, bildirib ki, Kosovo Serbiyanın cənub vilayəti olaraq qalır.
"The Times" qəzeti eyni zamanda bildirir ki, prezident B.Tadiçin bu bəyanatı Kosovonın serblərin üstünlük təşkil etdiyi şimal və etnik albanların yaşadığı cənub hissəyə parçalanması təhlükəsini artırıb: "Kosovolu serblərin lideri O.İvanoviç deyib ki, qəbul olunmuş konstitusiya albanlara böyük üstünlüklər verdiyi halda, serbləri kənar tutur. Bu, albanlarla serblərin yaxınlaşma perspektivini azaldıb. Serblər sakit bir şəkildə özlərinin strukturlarını paralel olaraq inkişaf etdirəcək, amma bu, konfliktin yenidən canlanmasına gətirib çıxaracaq".
İsveçrənin "Le Temps" nəşri isə yazır ki, Kosovonun rəsmi himninin olmasına baxmayaraq o, hələ də BMT–nin "koloniyasıdır": "Yerli albanlar oyun qaydalarını pozublar və "beynəlxalq nəzarət altında azadlıq" üçün lazımi qiyməti ödəməyə hazırdırlar. Ən çətin addımlar isə hələ irəlidədir: Kosovo parlamenti desentralizasiya haqqında qərar qəbul etməlidir, bu isə öz növbəsində serb cəmiyyətinin yaranmasına gətirib çıxaracaq. Belə olan halda kosovolu serblər bütün yeni institutları boykot edəcək".
Ümumiyyətlə, dünya ictimaiyyəti parçalanma məntiqi ilə razılaşıb. Avstriyanın "Die Presse" qəzeti yazır ki, konstitusiya serblərin deyil, yalnız albanlar, siqanlar, bosniyalılar, türklər və digər etnik azlıqlar tərəfindən hazırlanıb: "Hər bir halda Serbiyanın və Rusiyanın dəstəyilə serblər Kosovo müstəqilliyindən kənar müstəqillik əldə ediblər".
Qəzet, həmçinin, bildirir ki, BMT Belqrad və Moskvaya hələ də güzəştə gedir: "Baş katib Pan Gi Munun Serbiya və Kosovoya göndərdiyi məktub keçid dövrü haqqındakı planı dəyişdirdi. Missiyanın əvvəlki addımı kimi BMT bölgəni 15 iyunadək tərk etməsi idi. Bundan sonra planlaşdırılan AB–nin vətəndaş–polis missiyası Eulex BMT–nin çətiri altında fəaliyyət göstərəcək və Kosovo "neytral status" alacaq".
Ramil VƏLİBƏYOV
  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009