Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 4 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
Vəfa Quluzadə: 15 iyunda genişmiqyaslı fəaliyyəti ilə Azərbaycanda dərin iz buraxmış Heydər Əliyevi xalq hakimiyyətə yenidən dəvət etdi
15 İyun Azərbaycan xalqının tarixində özünəməxsus iz qoyaraq yaddaşlara Milli Qurtuluş Günü kimi daxil olub. Bu tarix həm də səriştəsiz siyasətçilər tərəfindən uçurum kənarına atılmış dövlətçiliyimizin xilası günütək təqvimlərə salınıb. Bir sözlə Azərbaycan xalqı 15 İyun tarixini Milli Qurtuluş Günü kimi qəbul edir və dövlətçiliyimizi məhv olmaqdan qurtaran Ümummilli lider Heydər Əliyevi xilaskartək təqdir edir.
Xatırladaq ki, 1991–ci ildə müstəqillik qazanmış Azərbaycanın idarəçilik sükanı arxasına şəxsi maraqlarını dövlətin mənafeyindən vacib sayan, səriştəsiz siyasətçilərin keçməsi, onların kütləvi fəaliyyətsizliyi nəticəsində ölkədə dərin böhran yarandı. Azərbaycan siyasi, iqtisadi, sosial, hərbi və ideoloji cəhətdən boşluğa düşərək Ermənistanın asan təcavüz obyektinə çevrildi. Bunun nəticəsində də torpaqlarımızın 20 faizi işğal olundu, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Azərbaycanın həm strateji məhsullarla silahlanması, həm də üstün geosiyasi mövqeyə malik olması onu bir çox xarici ölkələrin kəşfiyyat orqanlarının savaş meydanına çevirdi. Faktiki olaraq ölkədə xaos, özbaşınalıq hökm sürürdü. Separatizm halları artıq özünü büruzə verməyə başlamışdı. Ölkənin cənubunda və şimalında separatçıların müstəqil dövlət yaratmaq iştahasına düşməsi, Gəncədə dövlətə tabe olmayan hərbi hissə komandiri tərəfindən qiyam qaldırılması Azərbaycanın müstəqilliyini və suverenliyini sual altına qoymuşdu. Bu səbəbdən xalq yaranmış problemlərin öhdəsindən gələ bilməyən AXC–Musavat hakimiyyətinin fəaliyyətsizliyindən, xəyanətindən cana doyaraq Azərbaycanın memarı ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etmişdi.
Bu tarixi hadisə ilə bağlı bu günə qədər müxtəlif səviyyələrdə qiymətləndirmələr aparılıb və aparılmaqdadır. Bu hadisəyə, həmçinin, keçmiş dövlət müşaviri, Xəzər Araşdırmalar Mərkəzinin prezidenti Vəfa Quluzadə də münasibət bildirib.
Natiq deyib ki, məhz 15 iyunda ulu öndər Heydər Əliyevin hakimiyyətə xalq tərəfindən dəvət edilməsi zərurətdən irəli gəlirdi: "Tarixi hadisələri yaxından qiymətləndirmək olduqca çətindir. Yəni, təsəvvür edin ki, sizin qarşınızda çəkilmiş böyük bir rəsm əsəri, panno var və siz ona çox yaxından baxırsınız. Məhz, belə bir mövqedən siz bu rəsmin bütün detallarını görə bilməyəcəksiniz. Bu gündə bir Azərbaycan tarixi ilə bu məsafədəyik. Ümumiyyətlə, 1990–cı illərin hadisələri bu gün müxtəlif istiqamətlərdə yozulsa da, mən şəxsi fikirlərimi söyləyəcəm. Mən Xalq Cəbhəsinin hakimiyyətə gəlməsini də, çökməsini də və Heydər Əliyevin hakimiyyətə gəlməsini də görmüşəm. Amma burada "Xalq Cəbhəsi" hakimiyyətə gəldimi? Gəldisə, hakimiyyətdə qalmaq üçün nələr etdi? Məhz, bu cür nəhəng suallar 15 iyun tarixi günün detallarını açmağa kömək edər.
Bu səbəbdən mən "tarixi pannonu" uzaqlaşdıraraq 1969–cu ilə gəlmək istəyirəm. Bu dövrdə Heydər Əliyev əbəs yerə hakimiyyətə gəlməmişdi. Heydər Əliyev məhz həmin dövrdə Azərbaycanın siyasi arenasının ən təcrübəli, praqmatik və uzaqgörən bir şəxsiyyəti kimi özünü göstərdi. Heydər Əliyev 1969–cu ildən 1982–ci ilədək Azərbaycanda çox böyük işlər gördü.
Ümumiyyətlə, Heydər Əliyevin gördüyü nəhəng işlərinin xırda detalı ilə bağlı bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, bu yaxınlarda xarici telekanallarda verilən verilişlərdən bildim ki, Azərbaycanın bu dövrdə istehsal etdiyi kondisionerlər Avstraliyada özünü doğruldub və indi də bu məhsullardan istifadə olunur. Məhz, bu məhsul Heydər Əliyevin sayəsində tikilib istifadəyə verilmiş kondisioner zavodunda istehsal olunub.
Bundan başqa, Heydər Əliyevin dövründə Azərbaycanda çoxlu zavodlar tikilib. Bütün bunlar ölkə iqtisadiyyatının inkişafını sürətləndirmişdi. Bir sözlə, Azərbaycanda güclü sənaye yaradılmışdı. Eyni zamanda, Heydər Əliyevin dövründə Azərbaycanda çoxlu mikrorayonlar salınmışdı.
Məhz, 15 iyun tarixindən danışarkən qeyd edilməlidir ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı da təsadüfi deyildi. Yəni, yuxarıda göstərilən və ondan daha çox fəaliyyəti ilə Azərbaycanda dərin izlər buraxmış Heydər Əliyevi xalq hakimiyyətə yenidən dəvət etdi".
Ramil VƏLİBƏYOV

Siyasət