Güclü iqtisadiyyat yalnız neftdən ibarət deyil

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Qeyri–neft sektorunun inkişafına yönələn alddımlar nəticəsində neftdən asılılıq aradan qalxacaq
Azərbaycan nefti dünya bazarında həlledici mövqeyə malikdir. Lakin təbii enerji mənbələrinin tükənəcəyi dönəm günün əsas müzakirə mövzusudur. Həmin dövrdə ölkə iqtisadiyyatı bu gün əsaslandığı neft sektorundan gəlir götürə bilməyəcək. Təbii ki, bu mərhələ çoxlarını narahat edir. Və ortaya bir sıra suallar çıxır. Məsələn, nefti ilə tanınıb yüksələn Azərbaycan nə zamansa neftsiz ölkə olaraq qazandıqlarını yenidən itirəcək? Neftsiz Azərbaycan iqtisadiyyatı çökməyəcək ki?
Qeyd edək ki, artıq hökumət bu istiqamətdə fəaliyyət strategiyasını müəyyənləşdirib. Çıxış yolunu qeyri–neft sektorunun dinamik inkişafının təmin edilməsində görən hökumət ilk addımlar da atıb. Strategiyanın əsas prinsipi bundan ibarətdir ki, neft gəlirlərinin düzgün bölüşdürülməsi və xərclənməsi nəticəsində ölkə iqtisadiyyatında neft sektorundan asılılıq əhəmiyyətli dərəcədə azalacaq. Azərbaycan nefti olmayan, lakin qeyri–neft sektorunun inkişafı sayəsində dünyanın ən güclü dövlətlərindən olan ölkələr sırasına qatılacaq.
Sual oluna bilər ki, hansı yolla?
Ölkədə neft gəlirlərindən səmərəli istifadə etmək məqsədilə "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya" hazırlanıb. Həmin strategiyaya görə, neft gəlirlərinin xərclənməsi tam şəffaflıq prinsipi üzrə həyata keçiriləcək. Bu vəsaitlər insan kapitalının, qeyri–neft sektorunun inkişaf etdirilməsinə, mövcud infrastrukturun təkmilləşdirilməsinə və yeni infrastruktur obyektlərinin tikilməsinə, yeni texnologiyaların ölkəyə gətirilməsinə və bir sıra dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Yerli neft şirkətlərinin sərəncamında olan vəsaitlərin neft sektorunun inkişafına yönəldilməsi və yerli imkanlar hesabına ölkənin neft yataqlarının istismar edilməsi hərtərəfli stimullaşdırılacaq. Yerli neft şirkətləri müasir texnologiyaların geniş tətbiqi və onların xarici ölkələrdəki fəaliyyətinin genişləndirilməsini dəstəkləyəcək.
İqtisadçı ekspertlər hesab edir ki, məqsədyönlü tədbirlər sisteminin həyata keçirilməsi, qeyri–neft sektorunda müqayisəli üstünlüklərə malik olan sahələri dövlətin hərtərəfli dəstəkləməsi həmin sahələrin sürətli artımı ilə nəticələnəcək. Bu sahələrdə yüksək səmərəliliklə yanaşı əlavə dəyərin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artacaq. Qeyri–neft sektoru dünya bazarlarında rəqabət qabiliyyətli məhsullar istehsal edərək dinamik inkişaf edən, geniş ixrac imkanlarını reallaşdıran bir sahəyə çevriləcək. Ölkəyə valyuta axınının böyük hissəsi məhz qeyri–neft sektorunun hesabına təmin ediləcək. Qeyri–neft sektorunun neft sektorundan asılılığı və icmal büdcənin qeyri–neft kəsiri nəzarət altında saxlanılacaq. Mövcud resurslardan (təbii sərvətlər, torpaq, su, enerji ehtiyatları, yüksək ixtisaslı işçi qüvvəsi və s.) daha səmərəli istifadə ediləcək.
Qeyri–neft sahələrinin istehsal və ixracat imkanları nəzərə alınaraq ilkin mərhələdə hal–hazırda idxal olunan, daxildə səmərəli istehsal üçün zəruri bazası və yerli bazarı olan malların istehsalı təmin ediləcək. İxrac yönümlü sahələrin isə ölkənin qeyri–neft malları və xidmətlərinin xalis ixracatçısına çevrilməsi istiqamətində iş aparılacaq. Ölkə iqtisadiyyatının dinamik, tarazlı sosial–iqtisadi inkişafı üçün zəruri infrastruktur təminatı yaradılacaq.
Hökumətin nəzərdə tutduğu strategiyanın həyata keçirilməsi nəticəsində əhalinin mənzil təminatının yaxşılaşdırılması və qəbul edilmiş beynəlxalq standartlar səviyyəsində elektrik enerjisi, qaz, su, kanalizasiya, lift təsərrüfatının istismarı və istiliklə təmin olunmasında istehlakçılara keyfiyyətli və davamlı kommunal xidmətlərin göstərilməsinə imkan verən müvafiq şərait vəd edir. Müqayisəli üstünlüyə malik olan sahələrdə fəaliyyət göstərən Azərbaycan müəssisələrinin xaricdəki fəaliyyəti də hərtərəfli təbliğ ediləcək.
Ən nəhayət, xarici borclanmanın iqtisadi təhlillər əsasında həyata keçirilməsi, illər üzrə xarici borcun həcminin dəqiq planlaşdırılması, xarici borcun idarə olunması sahəsində əsaslandırılmış strategiya və taktiki tədbirlərin həyata keçirilməsi, ölkənin gələcək inkişafı üçün əhəmiyyət kəsb edən zəruri daxili maliyyə mənbələrinin formalaşdırılması əsasında xarici borcun aşağı səviyyəsi təmin ediləcək.
RUHİYYƏ
  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009