Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Aqil Xəlil budur
Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid", "Babək", "Şərq", "Naxçıvan", "Abşeron" və digər perspektivli qaz yataqlarından hasilata başlandıqdan sonra Azərbaycan Rusiya, İran, Türkiyə və bir sıra digər ölkələrə iri həcmdə qaz ixrac edə biləcək. "APA–Economics"in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın əsas məqsədi öz təbii qazını Avropaya çatdırmaqdır və ilk növbədə qaz məhz Avropa ölkələrinə yönəldiləcək: "Azərbaycan qazını Avropaya yönəltməklə bir çox məqsədlərinə çatacaq. Belə ki, bu bizə Avropa iqtisadiyyatına inteqrasiya etməyə, Avropa İttifaqına yaxınlaşmağa, həmçinin siyasi, iqtisadi və kommersiya məsələlərini həll etməyə imkan yaradacaq".
N.Əliyev həmçinin bildirib ki, Azərbaycanın təbii qazını artıq Rusiya, İran, Yunanıstan, İtaliya, İsveçrə və bir sıra digər ölkələr almaq niyyətindədir: "Azərbaycanda neft və qaz sahəsindən pul gəlirlərinin sürətlə artımı müşahidə olunur və bu artım gələcəkdə də davam edəcək. Lakin indidən 2013–cü ildən sonra Azərbaycan qazının bazara hansı yolla çıxarılmasından danışmaq hələ tezdir".