Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 2 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
Bakı–Tbilisi–Ceyhan kəməri genişləndirildikdən sonra "Şahdəniz"dən hasil edilən karbohidrogen ehtiyatları da nəql olunacaq
Ötən həftənin sonunda Türkiyənin Ceyhan limanından Azərbaycan nefti ilə doldurulmuş 500–cü tanker dünya bazarına yola salınıb. Bu barədə bp şirkəti dünən açıqlama ilə çıxış edib. "Azəri–Çıraq–Günəşli" yatağından hasil olunan neftin İtaliyanın Triyest şəhərinə çatması ilə Heydər Əliyev adına Bakı–Tbilisi–Ceyhan neft kəmərindən ixrac olunan Azərbaycan neftinin ümumi həcmi 397 milyon bareli, yəni 53 milyon tonu ötüb. "Seynt Nelen" tankeri ilə yola salınan 500–cü neft partiyasının həcmi 630 min barel təşkil edib və neft Dövlət Neft Şirkətinə məxsus olub.
BTC–nin baş icraçı direktoru Rəşid Cavanşir bildirib ki, 500–cü tankerin yola salınması boru kəmərinin ikiillik stabil və səmərəli əməliyyatlarını yekunlaşdıran əlamətdar hadisə kimi qiymətləndirilə bilər. BTC ilə gündəlik 850 min barel neft ixrac olunur və ilin sonlarında bu rəqəmin 1 milyon barelə çatacağı istisna olunmur. Bununla da kəmərlə ildə 50 milyon ton neft icracı mümkün olacaq. Bu isə BTC–nin təkcə Azərbaycan nefti hesabına doldurulması deməkdir. Azərbaycan öz neft ehtiyatları hesabına kəmərin tam rentabelli işləməsini təmin etmək iqtidarındadır.
Xatırladaq ki, bir neçə il əvvəl bu kəmərin rentabelli işləməsi üçün Qazaxıstan neftinin BTC–yə vurulmasının gərəkliyi ortaya qoyulurdu. İş ondadır ki, respublikamız bunu təkbaşına həll etmək gücündədəir. Bununla yanaşı, Qazaxıstanın da neft ehtiyatlarının BTC ilə nəql olunması nəzərdə tutulub və bu, gələn il mümkünləşəcək. bp bu məqsədlə kəmərin gücünün artırılması istiqamətində işlərin aparılmasına başlandığını bəyan edir. Kəmərin gücü ilkin mərhələdə 20 faiz artırılacaq. Dekabrda başa çatan işlərdən sonra BTC ilə "Azəri–Çıraq–Günəşli" yatağı ilə bərabər, "Şahdəniz"dən hasil edilən karbohidrogen ehtiyatları nəql olunacaq. Sonrakı mərhələdə, Azərbaycanın neft hasilatı pik nöqtəyə qədəm qoyduğu dövrdə kəmərin gücünün 1,6 milyon barelə çatdırılmasına zərurət yaranacaq, BTC–nin səhmdarları 2009–cu ildə bunun üçün boru xəttinin yenidən genişləndirilməsi işlərini həyata keçirəcək.
ELBRUS